Reklam

Mehriban xanım Əliyeva - Heydər Əliyev irsi və milli-mənəvi dəyərlərimiz...

Mədəniyyət

 

Hər il avqustun 26-sı Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günü qeyd olunur. 
 
Bu tarix münasibətilə ölkənin müxtəlif bölgələrində onun ictimai, humanitar, mədəni və sosial fəaliyyətinə həsr olunmuş tədbirlər keçirilir, Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirilən layihələr bir daha xatırlanır.
 
Mehriban xanım Əliyeva uzun illərdir ki, təhsil, səhiyyə, mədəniyyət və sosial müdafiə sahələrində həyata keçirilən çoxlu sayda səmərəli təşəbbüsləri ilə tanınır.
 
 Mehriban xanımın təşəbbüsü və bilavasitə dəstəyi ilə məktəblərin, uşaq bağçalarının, xəstəxanaların tikintisi və bərpası, tarixi-mədəni irsin qorunması, aztəminatlı ailələrə və həssas əhali qruplarına dəstək istiqamətində çoxsaylı layihələr reallaşdırılıb.
 
Mehriban xanım Əliyevanın birinci vitse-prezident kimi fəaliyyəti dövründə də sosial rifahın yüksəldilməsi, vətəndaş müraciətlərinə həssas yanaşılması, mədəniyyətin və milli-mənəvi dəyərlərin təbliği istiqamətində görülən işlər ictimaiyyət tərəfindən hər zaman diqqətlə izlənilir və müsbət qarşılanır.
 
26 avqust təkcə bir doğum günü deyil, həm də Mehriban xanım Əliyevanın Azərbaycan cəmiyyətinə verdiyi töhfələrin dəyərləndirildiyi bir gündür. 
 
Bu münasibətlə Mehriban xanımı ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, xoşbəxtlik və  Azərbaycanın inkişafı naminə səmərəli fəaliyyətində uğurlar arzulayırıq.
Doğum Gününüz Mübarək!
 
 
  Zaur Hacıyev - "Şah Süd" İstehsalat Müəssisəsinin icraçı direktoru

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.