Dəyərli Kainatpress.tv izləyiciləri bugün sizlərə Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, millət vəkili Ülvi Quliyev haqqında məlumat verəcəyik.
Görkəmli ictimai-siyasi xadim Ülvi Zahid oğlu Quliyev 17 Sentyabr 1966-cı ildə Bakı şəhərində, tanınmış professor Zahid Quliyevin ailəsində dünyaya gəlib.
Ülvi Quliyev Azərbaycan Tibb Universitetini və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
Hazırda Azərbaycan Karate Federasiyasının prezidenti, Dünya Karate Federasiyasının üzvü olan Ülvi Quliyev karate idman növü üzrə 8-ci dan qara kəmər sahibidir.
Ülvi Quliyev karate idman növü üzrə Avropa və Dünya çempionudur.
Bugün Azərbaycanda karate idman növünün inkişaf etməsində və gənclərin bu idman növünə marağının artmasında Ülvi Quliyevin xüsusi əməyi var.
İdmanın inkişafındakı xüsusi əməyi nəzərə alınaraq Ülvi Quliyev Azərbaycan Respublikası Prezidentinin 5 mart 2008-ci il tarixli sərəncamı ilə "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi" fəxri adına layiq görülüb.
Qeyd edək ki, Ülvi Quliyev Azərbaycan Respublikası Milli Məclisinin III-IV-V-VI və VII çağırış deputatı, Gənclər və İdman, həmçinin də Səhiyyə komitəsinin üzvüdür.
Ülvi Quliyev hazırda Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyasının, həmçinin də Almaniya Federativ Respublikası, Belçika, Böyük Britaniya, Çexiya, Koreya, Rusiya və Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Kainatpress.tv internet televiziyası olaraq biz də Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Ülvi Quliyevin idmanın inkişafındakı xidmətlərini yaxından izləyir və ona yorulmaz fəaliyyətində uğurlar arzulayırıq.
Hacağa Hacızadə - Kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri



Rəy yazın