Reklam

NAXÇIVAN UZUNÖMÜRLÜLƏR DİYARIDIR

Gündəm

Öz özəllikləri və özünəməxsus xüsusi iqlimi, gözəl təbiəti ilə tanınan Naxçıvan həm də uzunömürlülər diyarıdır. Elə 92 yaşlı Rza baba da Naxçıvanın uzunömürlü sakinlərindən, sevimli el ağsaqqallarından biridir. Hazırda Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Çalxanqala kəndində yaşayan 92 yaşlı Gözəlov Rza İsmayıl oğlu 1933 - cü ildə Qərbi Azərbaycanda, Dərələyəz mahalının Amallı kəndində anadan olmuşdur. Bugün 92 yaşı olmasına baxmayaraq Rza baba çox sağlam və gümrahdır. Rza baba bu yaşda belə gümrah qalmasının Naxçıvanın gözəl təbiəti, dağ havası düzgün qidalanma və təbii Naxçıvan balı ilə bağlı olduğunu bildirir. Bugün biz də "kainatpress.tv" internet televiziyası komandası olaraq 92 yaşlı Rza babaya uzun ömür can sağlığı arzulayırıq. Ömrün uzun olsun Rza baba.

H. Hacızadə 

"Kainatpress.tv" internet televiziyasının təsisçisi və rəhbəri 

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.