Dəyərli Kainatpress.tv izləyiciləri bugün keçmiş döyüşçü, ehtiyatda olan kapitan, Nizami rayon Könüllülər taborunun sabiq komandiri Fərziyev Güləli Şahhüseyin oğlu ilə müsahibəni sizlərə təqdim edirəm.
- Güləli müəllim salam! Hər vaxtınız xeyir olsun! Sizi Kainatpress.tv komandası adından salamlayıram və bir qədər gec də olsa Sizi yeni il münasibətilə təbrik edirəm.
Güləli müəllim - Çox sağ olun, mən də sizi və bütün kainatpressi.tv izləyicilərini ürəkdən salamlayıram və hər birinizi yeni il münasibətilə təbrik edirəm.
- Güləli müəllim çox sağ olun, təşəkkür edirəm. Xahiş edirəm, döyüş xatirələrinizi kainatpress.tv izləyiciləri ilə bölüşəsiniz.
Güləli müəllim - Çox sağ olun, təşəkkür edirəm. Əlbəttə ki, bir keçmiş döyüşçü kimi döyüş xatirələrim çoxdur. Amma bir hadisə mənim üçün daha əzizdir, çünki mən o xoşbəxt insanam ki, mənə kapitan rütbəsini səngərdə Ulu Öndər Heydər Əliyev şəxsən özü verib və məni bərk-bərk qucaqlayıb bağrına basıb alnımdan öpüb. O xoşbəxt an mənim üçün unudulmazdır.(Kövrəlir)
- Güləli müəllim xahiş edirəm Ulu Öndər Heydər Əliyev haqqında fikirlərinizi Kainatpress.tv izləyiciləri ilə bölüşərdiniz.
Güləli müəllim - Əvvəla onu qeyd edim ki, mən, Heydər Əliyevi canımdan artıq sevirəm və Heydər Əliyevi sevən hər bir insanın da qulu, nökəri olmağa hazıram. Mənim Heydər Əliyev şəxsiyyətinə hörmətim və sevgim hədsizdir.
Bu dövləti quran, bu dövləti bugünkü səviyyəyə çatdıran məhz Ulu Öndər Heydər Əliyevdir. Heydər Əliyev çox böyük siyasi liderdir.
Bugünkü Azərbaycan öz müstəqilliyini, Azərbaycan Xalqı isə öz xoşbəxtliyini məhz Ulu Öndər Heydər Əliyevə borcludur. Heç kimə sirr deyil ki, Azərbaycan parçalanmaq və öz müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldığı zaman öz müstəqilliyini məhz Ulu Öndər Heydər Əliyevin sayəsində qoruyub saxlaya bildi.
Heydər Əliyevin xidmətləri misilsizdir və əlbəttə ki, Heydər Əliyev haqqında çox böyük fikirlər söyləmək olar. Qısaca olaraq onu qeyd etmək istəyirəm ki, Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışı Azərbaycanın xilası oldu.
Heydər Əliyev çox böyük şəxsiyyətdir və Heydər Əliyevçi olmaq özü çox böyük məsuliyyət deməkdir. Heydər Əliyevçi olmaq Heydər Əliyev ideyalarına sadiqlik deməkdir, Heydər Əliyevçi olmaq Heydər Əliyev ideyalarını yaşatmaq deməkdir və bir Heydər Əliyevçi kimi mən bugün ömrümü məhz buna həsr etmişəm.
Mən, bugün Heydər Əliyev uğrunda, dövlət və dövlətçilik uğrunda ölməyə də hazıram.
Heydər Əliyev bütün dünyanı idarə etməyə qadir olan nadir bir şəxsiyyət idi. Heydər Əliyev hər adamda olmayan çox böyük fitri istedada sahib idi. Bir sözlə, Heydər Əliyev dövrünü yaşamaq bizim üçün çox böyük xoşbəxtlik idi və əlbəttə ki, biz bu gün də bu xoşbəxtliyin davamını möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında yaşayırıq.
Azərbaycanda nə qədər Heydər Əliyev siyasəti davam edəcəksə, nə qədər möhtərəm prezidentimiz cənab İlham Əliyev hakimiyyəti davam edəcəksə Azərbaycan Xalqının taleyi o qədər güvənli olacaq. Mən, bir vətəndaş olaraq buna inanıram və bunu anlayıram. Eləcə də hesab edirəm ki, öz taleyinə biganə olmayan hər bir vətəndaş bunu anlamalıdır.
Onu da xüsusi olaraq qeyd etmək istəyirəm ki, bugünkü Azərbaycanın uğurlu gələcəyinin ən etibarlı təminatçısı da məhz kiçik Heydərin hakimiyyətə gəlməsi olacaq.
Bəli, Azərbaycan Xalqının ən böyük xoşbəxtliyi məhz kiçik Heydərin prezidentliyi dövründə olacaq. Mən, inanıram ki, həmin dövrdə Azərbaycan daha da inkişaf edərək ölkəmiz yeni bir mərhələyə qədəm qoyacaq, Azərbaycan bugünkündən də gözəl və yaxşıdan daha yaxşı olacaq.
- Güləli müəllim çox sağ olun, dəyərli fikirlərinizi bizimlə bölüşdüyünüzə görə təşəkkür edirəm.
Güləli müəllim - siz də sağ olun.
Müsahibəni qələmə aldı Hacağa Hacızadə - Kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri



Rəy yazın