Dəyərli Kainatpress.tv izləyiciləri hər birimiz çox yaxşı bilirik ki, Qubadlı torpağı hər zaman igidlər və qəhrəmanlar diyarı kimi tanınıb və bu gözəl torpaq bugün də cəngavərlər yetişdirir.
Bəli, elə Qubadlının 8 yaşlı cəngavəri Xanışlı Xan Razim oğlunun Beynəlxalq Turnirdə Çempion adını qazanması da bu qədim diyarın igidlər yurdu olduğunu bir daha təsdiqləyir.
İyulun 4-də Rusiya Federasiyasında, Qroznı şəhərində keçirilən Yunan-Roma güləşi üzrə Beynəlxalq Turnirdə Xanışlı Xan Razim oğlu Çempion adını qazanıb.
Kainatpress.tv internet televiziyası olaraq bugün biz də Qubadlının 8 yaşlı cəngavərini ürəkdən təbrik edirik ona yeni yeni qələbələr arzulayırıq.
Uğurların davamlı olsun əziz Xan!
Qabil Kazımov - Kainatpress.tv internet televiziyasının direktor müavini



Rəy yazın