09 fevral görkəmli ictimai-siyasi xadim, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı İsrafil Kərimovun doğum günüdür!
İsrafil Kərimov Bakı şəhərində dünyaya göz açıb.
Hazırda dövlət qulluğunun müşaviri olan İsrafil Kərimov, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 iyun 2022-ci il tarixli sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif edilib.
Qeyd edək ki, İsrafil Kərimovun "Azərbaycan Xalq Cumhuriyetinin 100 illiyi" medalı və bir sıra digər təltifləri də vardır.
Ulu Öndər Heydər Əliyev irsinin gözəl təbliğatçısı olan İsrafil Kərimovun bugün dövrü mətbuatda silsilə yazıları davamlı olaraq çap edilməkdədir.
Kainatpress.tv internet televiziyası olaraq biz də bütün Kainatpress.tv komandası adından dəyərli İsrafil müəllimi doğum günü münasibəti ilə ürəkdən təbrik edirik, ona uzun ömür, möhkəm cansağlığı və sarsılmaz Hakimiyyət-Xalq birliyinin daha da möhkəmlənməsinə xidmət edən yorulmaz fəaliyyətində uğurlar arzulayırıq.
Nigar Hacızadə - Kainatpress.tv internet televiziyasının direktoru



Rəy yazın