Reklam

Müxalifətin utancverici keçmişi, AXC - Müsavat hakimiyyətinin bizə yaşatdıqları...

Gündəm

Möhtərəm prezidentimiz müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin apardığı uğurlu daxili - xarici siyasət nəticəsində bugün Azərbaycanın sürətli - dinamik inkişafını və sarsılmaz Hakimiyyət - Xalq birliyini gözü götürməyən müxalifət deyəsən öz utancverici keçmişini unudub və yaxud da unutdurmağa çalışır.

Elə buna görə də mən, bu gün üzdəniraq müxalifətin utancverici - rüsvayçı keçmişini bir daha xatırlatmaq istəyirəm.

Bəli, xatırlatmaq istəyirəm ki, bugünkü gənc nəsil də bugün özünü aydan arı, sudan duru göstərməyə çalışan müxalifət şoumenlərinin əsil üzünü tanısın və ən yaxın keçmiş yaddaşlardan silinməsin. 

Bəli, orta nəsil çox yaxşı xatırlayır ki, 1992 - ci ildə tam bir təsadüf nəticəsində hakimiyyətə yiyələnmiş AXC - Müsavat cütlüyü cəmi bir il ərzində özünü çox rüsvayçı - gülünc vəziyyətə saldı və AXC - Müsavat hakimiyyətinin səriştəsiz, qorxaq, qeyri peşəkar idarəçiliyi nəticəsində ölkədə anarxiya - xaos yarandı, çoxlu sayda qoçu dəstələri baş qaldırdı, silahlı hərbi birləşmələr dövlətə itaətsizlik nümayiş etdirdi, daxili işlər naziri İsgəndər Həmidov prezidentə birbaşa tabesizlik göstərdiyini elan etdi, daxili işlər nazirinin müavini Rövşən Cavadov OMON dəstələri yaratdı, Gəncədə Surət Hüseynov öz tabeliyində olan silahlı birləşmələri hakimiyyətə qarşı yönəltdi, cənubda Əlikram Hümbətov Talış - Muğan Respublikası yaratdığını elan etdi, şimalda Sadval hərəkatı baş qaldırdı və Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qaldı.

Həmin dövrdə Azərbaycan Ali Sovetinin sədri olan İsa Qəmbər bütün bu baş verənlərdən qorxaraq istefa verdi, hakimiyyəti də Xalqı da ortalıqda qoyub yaxasını kənara çəkməklə kifayətləndi, Ölkənin müdafiə naziri Rəhim Qazıyev səlahiyyətlərini dondurması ilə bağlı gülünc bəyanat verdi, daxili işlər naziri İsgəndər Həmidov istefa verdiyini elan etdi, prezident Əbülfəz Elçibəy Kələkiyə qaçdı. Həmin dövrdə Əbülfəz Elçibəy hakimiyyətinin dövlət katibi olan Əli Kərimlinin isə heç səsi də çıxmadı... 

Hansı ki, bugün şablon çıxışları ilə rüsvayçı keçmişini unutdurmağa çalışan Əli Kərimli həqiqətən peşəkar bir siyasətçi olsaydı, onun dövlət katibi olduğu dövlətin prezidenti nə öz postunu, nə dövlətini, nə hakimiyyətini,  nə də Xalqını - Millətini atıb Kələkiyə qaçmazdı. Bəli, həmin dövrdə təkcə prezident Əbülfəz Elçibəy yox, prezidentlə birlikdə o vaxt dövlət katibi postunu tutan Əli Kərimli özü də Kələkiyə qaçmışdı.

Bu da heç kimə sirr deyil və dövlət televiziyasının, AzTv-nin arxivində də var ki, məhz həmin dövrdə Xalqın təkidili tələbi ilə Bakıya gəlmiş və Ali Sovetin sədri seçilmiş Ulu Öndər Heydər Əliyev prezident Əbülfəz Elçibəyə bir neçə dəfə zəng vuraraq Əbülfəz Elçibəyi Bakıya - öz prezident postuna qayıtmağa dəvət etsə də lakin Əbülfəz Elçibəy Bakıya qayıtmaqdan imtina etmişdi. Həmin dövrdə təkcə prezident Əbülfəz Elçibəy yox, Əbülfəz Elçibəyin yanında olan Əli Kərimli də Bakıya qayıtmaqdan qorxmuşdu. Əlbəttə ki, belə qorxaq bir adamın illər sonra, bugün yenidən hakimiyyətə gəlmək - prezident olmaq iddiasına düşməsi olduqca gülüncdür.

Heç kimə sirr deyil və orta nəslin nümayəndələri çox yaxşı xatırlayır ki, yarıtmaz AXC - Müsavat cütlüyünün bir illik hakimiyyəti dövründə ölkədə yeməyə çörək tapılmırdı, ölkədə aclıq - səfalət hökm sürürdü. AXC - Müsavat hakimiyyəti traktorçunu, kamaz sürücüsünü, çobanı rayonlara icra başçısı təyin edirdilər. Həmin o dövrdə insanlar küçəyə çıxmağa qorxurdular.

Təəsüf ki, həmin Əli Kərimli bugün müxalifətin və özünün bu rüsvayçı keçmişini Xalqın unutduğunu düşünür və utanmazcasına hakimiyyət iddiası ilə çıxış edir...

Heç kəs unutmasın ki, bugün Azərbaycan Xalqının rəqibsiz lideri möhtərəm prezidentimiz cənab İlham Əliyevdir. Yaşasın cənab İlham Əliyev! Yaşasın sarsılmaz Hakimiyyət - Xalq birliyi!

H.Hacızadə

Kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri.

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.