Reklam

Xalqa bağışlanmış ömür - Heydər Əliyev və müstəqil Azərbaycan

Gündəm

  Dünyanın nadir tarixi dahi şəxsiyyətlərindən biri olan Heydər Əliyevin Azərbaycan Xalqı qarşısındakı xidmətləri əlbəttə ki, danılmazdır.

Heç kimə sirr deyil ki, istər keçmiş sovet hakimiyyəti illərində, İstərsə də Azərbaycan müstəqillik əldə etdikdən sonra Ümummilli Lider Heydər Əliyev hər zaman Azərbaycanın inkişafına və Xalqın rifah halının yaxşılaşmasına çalışmış və milli mənəvi dəyərlərimizin qorunub saxlanılmasını, dövlətçiliyimizin daha da möhkəmləndirilməsini hər şeydən üstün tutmuşdur.

Bəli, hələ qanlı Yanvar hadisələri baş verən zaman o dövrdə Moskvada yaşayan Ümummilli Lider Heydər Əliyev hadisənin səhəri günü Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək 20 yanvar hadisələrini ilk dəfə olaraq terror adlandırmış və bu qanlı terrora qəti şəkildə etirazını bildirərək Kommunist partiyası sıralarını tərk etmişdir.

Bəli, bu Ulu Öndər Heydər Əliyevin Azərbaycana və öz doğma Xalqına verdiyi əvəzsiz dəyərin bariz sübutu idi.

Qeyd etmək lazımdır ki, Heydər Əliyevin Azərbaycan Xalqı qarşısındakı xidmətləri bununla da bitmir. Ulu Öndər Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri olarkən Əbülfəz Elçibəy hakimiyyətinin yarıtmaz idarəçiliyi nəticəsində 1992-ci ildə Xocalı işğal olunarkən çoxlu sayda insanın həyatını xilas etmək üçün Heydər Əliyev İran rəhbərliyi ilə əlaqə saxlamışdı və Araz çayının suyunun azaldılmasını xahiş etmişdi. 

Bəli, məhz bundan sonra Ulu Öndər Heydər Əliyevin sayəsində Araz çayının suyu azaldılmış və çoxlu sayda həmvətənlərimiz Araz çayından İrana keçməklə ölümdən xilas ola bilmişdi.

Bəli, Heydər Əliyevin Azərbaycan Xalqı qarşısındakı xidmətləri bununla da bitmir.

Onu da unutmamalıyıq ki, üçrəngli Azərbaycan bayrağını da ilk dəfə Naxçıvanda məhz Ulu Öndər Heydər Əliyev qaldırıb.

Bəli, üçrəngli Azərbaycan bayrağını ilk dəfə məhz Naxçıvanda Ümummilli Lider Heydər Əliyev Ali Məclisə gətirdib və üçrəngli Azərbaycan bayrağı ilk dəfə Naxçıvanda qaldırılıb.

Hansı ki, Ulu Öndər Heydər Əliyev Naxçıvanda üçrəngli Azərbaycan bayrağını qaldıranda bugün ağız dolusu dövlətçilikdən danışan cəbhəçilər Bakıda SSRİ bayrağı altında oturmuşdular.

Bəli, bu unudulmayan bir tarixdir və Ulu Öndər Heydər Əliyevin Azərbaycan - Vətən və Xalq qarşısındakı xidmətləri danılmazdır.

Bəli, heç kimə sirr deyil ki, bugünki Şanlı Qələbəmizin əsasını da məhz Ulu Öndər Heydər Əliyev hələ o dövrdə Ermənistanla Azərbaycan arasında atəşkəs sazişi imzalayarkən qoymuşdu.

Bəli, o da heç kimə sirr deyil ki, məhz Ulu Öndər Heydər Əliyevin qətiyyəti və iradəsi sayəsində Azərbaycan "Əsrin Müqaviləsi" kimi çox möhtəşəm bir sazişin imzalanmasını reallaşdıra bilmişdi.

Bəli, heç kimə sirr deyil ki, müstəqil Azərbaycanın qurucusu və memarı da məhz Ulu Öndər Heydər Əliyev özüdür.


 Hacağa Hacızadə - Kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri 

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.