Bildiyiniz kimi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Qaradağ rayon icra hakimiyyətində keçirilən əməliyyat nəticəsində Qaradağ rayon icra hakimiyyəti başçısının müavini Nadir Muradov həbs edildi və Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Muradov Nadir Yədulla oğlu barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçildi.
Maraqlısı isə odur ki, Nadir Muradovun həbsindən artıq 10 gün müddət keçməsinə baxmayaraq Nadir Muradovun adı Qaradağ Rayon İcra Hakimiyyətinin Google tətbiqində yerləşdirilmiş rəsmi səhifəsindəki "aparatın strukturu" cədvəlindən hələ də silinməyib...
Əlbəttə ki, Nadir Muradovun Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılovun çox yaxın adamı və ən etibarlı bir kadrı olduğu hər kəsə məlumdur. Çox güman ki, həbs edilən başçı müavininin adının Google tətbiqində Qaradağ rayon icra hakimiyyətinin rəsmi səhifəsindəki "aparatın strukturu" cədvəlindən silinməməsinin səbəbi də məhz Süleyman Mikayılovun onun həbsi ilə barışmaması və həbsdə olan müavinin həbsdən azad edilməsi cəhdlərinin davam etməsi və Süleyman Mikayılovun hələ də buna inamının olması ilə bağlıdır.
Onu da qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilən Nadir Muradov "Heydərçilərə" və möhtərəm prezidentimiz cənab İlham Əliyevi dəstəkləyən insanlara qarşı aşkar şəkildə ironik və aqressiv mövqe nümayiş etdirən bir məmur idi.
Hacağa Hacızadə - Kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri



Rəy yazın