Reklam

Süleyman Mikayılovun ən yaxın adamı həbs edildi...

Gündəm

Xəbər verdiyimiz kimi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Qaradağ rayon icra hakimiyyətində əməliyyat keçirilib və Qaradağ rayon icra hakimiyyəti başçısının müavini Nadir Muradov həbs edilib. Qeyd edək ki, həbs edilən Nadir Muradov Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılovun çox yaxın adamı və başçının ən etibarlı kadrı kimi tanınırdı...

 Kainatpress.tv əməkdaşlarının Qaradağ rayonunda mütəmadi olaraq aparmış olduqları jurnalist araşdırmasının nəticəsini nəzərə alaraq onu da qeyd edək ki, Qaradağ rayonunda Nadir Muradovdan narazı olmayan adam çox az tapılardı...

 Kainatpress.tv internet televiziyası olaraq onu da qeyd edək ki, həbs edilən başçı müavini Nadir Muradov "Heydərçilərə" və möhtərəm prezidentimiz cənab İlham Əliyevi dəstəkləyən insanlara qarşı aşkar şəkildə ironik və aqressiv mövqe nümayiş etdirən bir məmur idi...

 Hacağa Hacızadə - Kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri 


Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.