Reklam

15 sentyabr - dərslər başlayır

Təhsil

Artıq bir neçə ildir ki, ölkəmizdə hər il yeni dərs ili 1 sentyabr yox, 15 sentyabr tarixindən başlayır. Bəli, bu il də sabahdan etibarən artıq 2025-2026 cı tədris ilinə start veriləcək.

Ümummilli Liderimiz Heydər Əliyev dediyi kimi "Təhsil millətin gələcəyidir!", əlbəttə ki, məhz elə buna görə də bugün dövlət təhsilə və təhsilin inkişafına xüsusi diqqət yetirir, möhtərəm prezidentimiz cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə yeni təhsil ocaqları tikilib istifadəyə verilir, bir çox məktəb binaları əsaslı təmir olunur, bir sözlə şagirdlərin tam sağlam ruhda keyfiyyətli təhsil ala bilmələri üçün bütün lazımi şərait yaradılır.

Bəli, elə bu il də təkcə paytaxt məktəbləri deyil, ölkənin bütün təhsil ocaqları 2025-2026 cı tədris ilinə - öz şagirdlərini qarşılamağa demək olar ki, tam hazırdır.

Qeyd edim ki, 15 sentyabr təkcə orta ümumtəhsil məktəblərində deyil, sabah ölkənin bütün ali ixtisas təhsili müəssisələrində də dərslər başlayır.

Kainatpress.tv internet televiziyası olaraq biz də 2025-2026 cı tədris ilinin başlanması münasibətilə bütün müəllimləri eləcə də bu il birinci sinifə qədəm qoyacaq bütün birinciləri və əlbəttə ki, bu il tələbə adını qazanmış və sabah ilk dəfə auditoriyaya qədəm basacaq bütün tələbələri ürəkdən təbrik edirik.

 Nigar Hacızadə - Kainatpress.tv internet televiziyasının direktoru

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.