28 may Müstəqillik günü ilə əlaqədar Studiyamızın qonağı KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ ƏKİNÇİLİK İNSTİTUTUNUN ElMİ ƏMƏKDAŞI QABİL KAZIMOVdur
Aparıcı: Qabil müəllim xoş gördük, bu əlamətdar gündə Sizi studiyamızda görməkdən çox məmnunuq.
Qabil müəllim: Nigar xanım çox sağ olun. Mən də Sizi və Kainatpress.tv internet televiziyasının izləyicilərini ürəkdən salamlayıram.
Aparıcı: Qabil müəllim bildiyiniz kimi 28 may Müstəqillik günüdür. Bugün bu əlamətdar gündə biz də Sizi ürəkdən təbrik edirik və 28 may Müstəqillik günü ilə əlaqədar sizin də fikirlərinizi öyrənmək bizim üçün çox xoşdur.
Qabil müəllim: Nigar xanım təşəkkür edirəm. Bəli, bu gün Azərbaycan Xalqı üçün əlamətdar bir gündür. 15 oktyabr 2021-ci ildə 28 may Respublika gününün Müstəqillik günü kimi qeyd olunması qərara alınıb. Azərbaycanın müstəqillik tarixinə nəzər saldıqda müstəqilliyimizin məhz Ulu Öndər Heydər Əliyevin sayəsində qorunub saxlanması aydın şəkildə görünür və bu danılmaz bir tarixi faktdır. Heç kimə sirr deyil ki, Azərbaycan müstəqilliyinin ilk illərində parçalanmaq, ərazi bütövlüyünü və müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Həmin dövrdə Gəncədə Surət Hüseynovun silahlı dəstələrinin özbaşınalıqları, cənubda Əlikram Hümbətovun qiyam qaldırması, Bakıda Rövşən və Mahir Cavadovun OMON dəstələri, bir tərəfdən də Ermənistan elan etmədən Azərbaycanla müharibəyə başlaması Azərbaycanın müstəqilliyi üçün çox ciddi təhlükə idi. Ölkədə vətəndaş müharibəsi baş qaldırmaqda idi. Bəli, məhz həmin o çətin dövrdə Ulu Öndər Heydər Əliyev Xalqın yeganə ümidi idi. Lakin buna baxmayaraq yenə də ölkənin müstəqilliyini istəməyən xainlər də vardı ki, onlar Ulu Öndər Heydər Əliyevin Bakıya gəlməsini birmənalı şəkildə qəbul etmirdilər və açıq surətdə buna əngəl olmağa çalışırdılar. Bütün bunlara baxmayaraq Xalqın təkidili tələbi ilə Ulu Öndər Heydər Əliyev Bakıya gəldi və məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışından sonra məhz Ulu Öndər Heydər Əliyevin sayəsində Azərbaycan öz müstəqilliyini qoruyub saxlaya bildi və Azərbaycanda ictimai asayiş bərqərar oldu. Mən o dövrü çox yaxşı xatırlayıram. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanla Ermənistan arasında atəşkəs razılaşması əldə edildi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında ölkədə Aqrar islahata başlanıldı. Özəl sektorun inkişafına təkan verildi. Xarici sərmayədarların Azərbaycana cəlb edilməsi istiqamətində zəruri tədbirlər görüldü və məhz o dövrdə Ulu Öndər Heydər Əliyevin şəxsi nüfuzu və qətiyyətli uzaqgörənliyi sayəsində Əsrin Müqaviləsinin imzalanmasına nail olundu. Azərbaycan sürətlə inkişaf edərək müasir hüquqi demokratik bir dövlət kimi tanındı. Bəli Azərbaycanın bugün Dünyada təhlükəsiz bir ölkə kimi tanınması və beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsi hər birimiz üçün olduqca qürurverici bir haldır.
Aparıcı: Qabil müəllim, çox düz qeyd edirsiniz və gəlin onu da qeyd edək ki, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sayəsində Azərbaycanın Ermənistan üzərindəki qələbəsi də müstəqill Azərbaycanın şanlı Zəfər tarixidir.
Qabil müəllim: Nigar xanım, fürsətdən istifadə edib bugün buradan başda müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Azərbaycanın birinci vitse prezidenti Mehriban xanım Əliyeva olmaqla bütün Xalqımızı 28 may Müstəqillik günü münasibətilə ürəkdən təbrik edirəm və mənə bu şəraiti yaratdığınıza görə Kainatpress.tv internet televiziyasının rəhbərliyinə və şəxsən Sizə dərin təşəkkürümü bildirirəm.
Aparıcı: Qabil müəllim çox sağ olun, səmimi fikirlərinizə görə biz də sizə təşəkkür edirik.
Müsahibəni götürdü Nigar Kamal.



Rəy yazın