Siyasət
Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır.
Dövlətin gənclərə olan diqqət və qayğısının nəticəsidir ki, 2 Fevral hər il Azərbaycanda "Gənclər Günü" kimi qeyd olunur.
Bəli, bu əlamətdar tarixi gün gənclərə həmişə böyük qayğı ilə yanaşan Ümumimilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Ümummilli Lider Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si ölkəmizdə Azərbaycan Gəncləri Günü elan edilib.
Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapıb. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələyə daxil olub.
Ümummilli Lider Heydər Əliyevin gənclər siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev dəgənclərə xüsusi diqqət və qayğı göstərir.
Bu gün qətiyyətlə deyə bilərik ki, ölkə gəncləri Prezident İlham Əliyevin uğurla apardığı daxili və xarici kursu dəstəkləyir, bu siyasətin icrasında daim onun yanındadırlar.Azərbaycan gəncləri fəaliyyətlərində dövlətin qayğısını hər zaman hiss etməkdədir.
Onlar öz nailiyyətləri ilə onlara göstərilən etimadı hər zaman layiqincə doğrultmağa çalışırlar.Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, öz siyasətində onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər.
Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, Vətən və dövlət qarşısında məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın sürətlə inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfələrini verməyə çalışırlar. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi gündən günə artır.
Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir.
Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir. O, vurğulayırdı: “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir.”
Bəli, bugün Ümummilli Lider Heydər Əliyev ideyalarına sadiq olan Azərbaycan gəncləri öz xalqına, öz vətəninə daim bağlıdır və cənab prezidentin “Dəmir yumruq”-u ətrafında sıx birləşmişdir.
Bugün müasir gənclik üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan səmərəli istifadə etməklə daha böyük uğurlar qazana bilir.
Bəli, bugün gənclərimiz bütün sahələrdə çoxsaylı yeni uğurlara imza atır ki, bu da hər birimizi qürurlandırır.
Heç şübhəsiz ki, hər bir ölkənin gələcəyi onun gənclərinin inkişafından çox asılıdır. Bütün dövrlərdə gəncliyin mənəvi və fiziki sağlamlığı cəmiyyət üçün önəmli olub. Əgər bir ölkədə gəncliyə yüksək diqqət və qayğı varsa deməli o cəmiyyətdə gənclər proqressiv, intellektual, mənəvi və fiziki baxımından sağlam olacaqlar. Gənclik böyük güc, böyük arzular, böyük ümidlər və sağlam düşüncə deməkdir.
Bəli, bugün hər bir gənc dövlətin diqqət və qayğısını yüksək qiymətləndirməli, onlar üçün yaradılan fürsət və imkanların dəyərini bilməli, Vətəni və Xalqı üçün faydalı vətəndaş olmağa çalışmalıdır. Bugün Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur.
Hazırda Azərbaycan gəncləri ölkə daxilində və xaricində çox mühüm layihələrə imza atmaqla bir daha sübut edirlər ki, onlar möhtərəm prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx bilrləşmiş və bu birliyi heç bir qüvvə sarsılda bilməz.
Adil Qabilsoy - Kainatpress.tv



Rəy yazın