Reklam

Heydər Əliyev - Gənclərin irəli çəkilməsi və dövlətin gənclər siyasəti

Siyasət

 Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu danılmazdır. 

 
 Heydər Əliyevin siyasi fəaliyyətində xüsusi yer tutan əsas istiqamətlərdən biri də gənclərin cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi, onların dövlət idarəçiliyində və ictimai həyatda fəal iştirakının təmin edilməsi olmuşdur.
 
 Hər birimizə çox yaxşı məlumdur ki, Heydər Əliyev gəncləri ölkənin gələcəyi kimi qiymətləndirir, onların bilik və bacarıqlarının inkişafını dövlət siyasətinin prioritet sahələrindən biri hesab edirdi.
 
Qeyd etmək lazımdır ki,Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi altında  gənclərlə iş sistemli şəkildə qurulmuş, gənclərin sosial müdafiəsi, təhsili və vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində mühüm addımlar atılmışdır. 
 
 Ümummilli Lider Heydər Əliyev daim vurğulayırdı ki, güclü dövlət yalnız savadlı, milli dəyərlərə bağlı və müasir dünyagörüşünə malik gənclərin sayəsində qurula bilər. 
 
 Bəli, məhz Heydər Əliyevin sayəsində gənclərin xaricdə təhsil alması, yeni bilik və texnologiyalara yiyələnməsi üçün geniş imkanlar yaradılmışdır.
 
 Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı illərin ortalarından etibarən Azərbaycanda dövlət gənclər siyasəti daha da sistemləşdirilmişdir.
 
 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması bu sahəyə verilən önəmin bariz nümunəsidir. 
 
 Heydər Əliyevin rəhbərliyi altında 1996-cı ildə  ilk Gənclər Forumu keçirilmiş, bu tədbir gənclərin problemlərinin müzakirəsi və onların dövlət idarəçiliyində rolunun artırılması baxımından mühüm platformaya çevrilmişdir.
 
 O da danılmaz bir faktdır ki, Heydər Əliyevin gənclər siyasətinin əsas istiqamətlərindən biri də vətənpərvərlik ruhunun gücləndirilməsi idi.
 
 Heydər Əliyev gəncləri hər zaman milli maraqları qorumağa, dövlət müstəqilliyini daim uca tutmağa çağırırdı.
 
 Məhz Heydər Əliyevin sayəsində Azərbaycan gəncliyi təkcə ölkə daxilində deyil, hətta beynəlxalq arenada da fəal mövqe nümayiş etdirməyə başlamışdır.
 
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün də uğurla davam etdirilir.
 
Ümummilli Lider Heydər Əliyev siyasətinin davamı olaraq möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən bugün müasir Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısı ilə əhatə olunur, onların potensialının reallaşdırılması üçün geniş imkanlar yaradılır. 
 
Əlbəttə ki bütün bunlar Heydər Əliyevin uzaqgörən siyasətinin davamlı və dayanıqlı olduğunu bir daha sübut edir.
 
 Qeyd etməliyik ki, nəticə etibarilə, Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğı Azərbaycanın gələcək inkişafının əsas təməlini təşkil etmişdir.
 
  Bəli, möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında bugün də Heydər Əliyevin müəyyən etdiyi gənclər siyasəti ölkənin sosial, iqtisadi və siyasi sahələrində davamlı tərəqqinin təmin olunmasında mühüm rol oynamaqdadır.
 
 Hacağa Hacızadə - Kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.