Reklam

Bugün paytaxtın 555 küçəsi yuyulub, 400 Çezalpiniya kolu əkilib

Gündəm

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə  bu gün, oktyabrın 4-də Bakı şəhər kommunal xidmətləri  tərəfindən paytaxtda növbəti dəfə həyata keçirilən genişmiqyaslı təmizlik işləri çərçivəsində küçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi həyata keçirilib. Səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 555 əsas küçə, prospekt və məhəllədaxili yolların yuyucu maddələrlə yuyulması təmin edilib. Həmçinin gün ərzində paytaxtın müxtəlif yerlərində 400 ədəd Çezalpiniya kolu əkilib. Paytaxtın bütün rayonlarını əhatə edən bu işlər Bakı şəhərinin daha da gözəlləşdirilməsinə öz tövhəsini vermişdir. 

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti
 

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.