Reklam

Əli Kərimli bir xaindir!

Gündəm

Əlbəttə ki, hər birimiz Əli Kərimlinin bir xain olduğunu çox gözəl bilirik. Onun dövlətimiz və dövlətçiliyimiz əleyhinə çıxışları da, möhtərəm prezidentimiz cənab İlham Əliyevin sayəsində Azərbaycanın əldə etdiyi inkarolunmaz uğurlara hər zaman kölgə salmağa çalışması da, onun ölkəmizə qarşı radikal mövqe tutan xarici havadarları tərəfindən maliyyələşməsi də, onun saxtakar bir dil pəhləvanı olması da hər kəsə yaxşı bəllidir.

Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan bugün tam hüquqi və demokratik, dünyəvi bir dövlətdir. Bəli, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiya layihəsi məhz Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə hazırlanıb və məhz həmin Konstitusiyada bütün insan və vətəndaş hüquq və azadlıqları, öz əksini tapıb. 

Bəli, Azərbaycan Respublikası tam hüquqi demokratik dünyəvi bir dövlət olduğuna görə də, ölkədə azad mətbuata şərait yaradılıb, hər bir kəsə söz azadlığı verilib, hər bir kəsə sərbəst toplaşmaq azadlığı verilib, hər bir kəsin dilinə və dini etiqadına hörmətlə yanaşılıb.

Lakin təəssüflər olsun ki, Əli Kərimli kimi xainlər demokratiyadan və söz azadlığından öz məkrli niyyətləri üçün istifadə edərək Azərbaycanın çoxsaylı uğurlarına və çoxsahəli sürətli dinamik inkişafına kölgə salmağa çalışırlar.

Həqiqət isə budur ki, ölkədə heç bir nüfuzu olmayan xain Əli Kərimli möhtərəm prezidentimiz cənab İlham Əliyevə heç zaman siyasi rəqib ola bilməz! 

Həqiqət isə budur ki, bugün Azərbaycanda sarsılmaz Hakimiyyət-Xalq birliyi mövcuddur və bugün Xalqın yeganə seçimi məhz cənab İlham Əliyevdir. Budur həqiqət! 

Bəli, bugün Azərbaycan Xalqının yeganə rəqibsiz lideri məhz cənab İlham Əliyevdir.

Bəli, bugün Azərbaycan öz ərazi bütövlüyünü məhz möhtərəm prezidentimiz cənab İlham Əliyevin sayəsində tam bərpa etdi!

Bəli, illərlə öz dədə-baba torpaqlarından didərgin düşmüş minlərlə azərbaycanlı soydaşımız bugün məhz möhtərəm prezidentimiz cənab İlham Əliyevin sayəsində öz dədə-baba yurdlarına qayıtdı. Budur həqiqət! Budur sarsılmaz Hakimiyyət-Xalq birliyi! Budur Xalq sevgisi!

 Budur öz liderinin xalqa sevgisi! 

Əli Kərimli kimi bir xain isə əlbəttə ki, bu sevginin paxıllıqını çəkir və elə bu səbəbdən də necə olursa olsun əlinə düşən hər fürsətdə uğurlarımıza kölgə salmağa çalışır.

Bəli, son günlərdə Əli Kərimlinin Avropa Təhlükəsizlik Forumunda iştirak etməyə can atması da onun bu paxıllıqından irəli gəlir və bir daha Əli Kərimlinin bir xain, bir satqın olduğunu göstərir.

Bəli, hər zaman dövlət və dövlətçiliyimiz əleyhinə əsassız çıxışlar etməsinə baxmayaraq xain Əli Kərimlinin hələ də azadlıqda olması isə Azərbaycan Respublikasının demokratik bir ölkə olduğunun inkarolunmaz sübutudur.

 Hacağa Hacızadə - Kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri 



Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.