Reklam

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərədə Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüşüblər

Gündəm

 

minnətdarıq. Siz bizə yaxşı baxmısınız, Sizdən hərtərəfli razıyıq. Uzunömürlü Prezidentimiz ol! Allahdan arzu edirəm “Dəmir yumruğ”unuz var olsun. Qarabağ Azərbaycandır! Yaşasın Prezidentimiz! Yaşasın Azərbaycan! Millətimiz sağ olsun! Yaşasın bizim Prezidentimiz!

Prezident İlham Əliyev: Sağ olun. Görünür, bu cavan qızlar işğal dövründə dünyaya gəliblər.

Sakinlər: Bəli, bəli.

Gənc qız: Bəli, cavan olsaq da, həmişə ürəyimiz Vətənlə döyünüb.

Qadın sakin: 1992-ci ildə buradan piyada getmişəm, nə zülmlə, nə zillətlə. İndi Allaha şükür, arzumuza çatdıq. Allah, Prezidentimiz İlham Əliyevi var elə, bizi bu günə çatdırdı. Tanrı, Mehriban xanımı var elə, dövlətimizi uca elə. Öpürəm Sizi. Allah ömrümdən kəsib Sizin ömrünüzə calasın.

Prezident İlham Əliyev: Birlikdə deyəkmi Qarabağ Azərbaycandır!?

Sakinlər: Qarabağ Azərbaycandır! Yaşasın bizim Lider! Allah köməyiniz olsun!

Prezident İlham Əliyev: Salamat qalın.

Sakinlər: Yaxşı yol.

x x x

Qeyd edək ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev 2023-cü il noyabrın 7-də Vəngli kəndində olublar.

Xaçın çayının sahilində yerləşən kənd Ağdərə rayonunun eyniadlı inzibati ərazi dairəsinə daxildir. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2023-cü ilin sentyabrında Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş antiterror tədbirləri nəticəsində kənd işğaldan azad olunub.

Kənddəki 391 fərdi evdən 52-si yararsız, 339-u isə qismən yararlı olub. 60 fərdi ev artıq əsaslı bərpa edilib, sentyabrın 1-dək daha 60 fərdi evin bərpası nəzərdə tutulub, 2026-cı ildə isə 219 fərdi ev təmir və bərpa olunacaq.

Bu il avqustun 15-də 22 ailə, ümumilikdə 83 nəfər doğma Vəngli kəndinə qayıdıb. Avqust ayının sonunadək isə daha 38 ailə (143 nəfər) bu kəndə köçürüləcək.

Hazırda Vəngli kəndində müasir sosial infrastrukturun qurulması istiqamətində işlər davam etdirilir. Belə ki, 4 transformator və 3 kilometr uzunluğunda mövcud elektrik xətti təmir edilib, əlavə olaraq 1,5 kilometr uzunluğunda xəttin çəkilməsi işləri görülür. Kənddə 60 ev su ilə təmin olunub, sentyabr ayının sonlarınadək kəndin içməli su ilə təminatı tam başa çatdırılacaq. Mövcud qaz xətti bərpa olunub, 3 min 500 poqonometr xəttin isə bərpası nəzərdə tutulub. Bundan başqa, kənddə yeni qaz xətti çəkilib və əlavə olaraq yeni hissənin çəkilişi planlaşdırılır.

Kənddə istirahət parkı salınıb. Sakinlərin istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün parkda hər cür şərait yaradılıb. Ərazidə bayraq meydanı, idman və uşaq oyun meydançaları, rekreasiya zonası və yaşıllıq zolağı salınıb.

 

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.