Reklam

PREZİDENT İLHAM ƏLİYEVİN İNKAROLUNMAZ TARİXİ UĞURLARI

Gündəm

Hər birimizin çox yaxşı yadımızda ki, hələ 2003-cü ildə prezident seçkilərindən əvvəl cənab İlham Əliyev "mən hər bir vətəndaşın prezidenti olacam" demişdi.

Bəli, həmin vaxtdan artıq 22 il vaxt keçib və ötən bu illər ərzində cənab İlham Əliyev həqiqətən də hər bir vətəndaşın prezidenti olduğunu əməli şəkildə təsdiq edib.

Lap əvvəldən başlasaq cənab İlham Əliyev prezident kimi öz səlahiyyətlərinin icrasına başladığı ilk illərdən ölkə iqtisadiyyatının inkişafına xüsusi diqqət yetirmiş, yüz minlərlə yeni iş yerlərinin açılmasına nail olmuş, qeyri-neft sektorunun inkişafına ciddi əhəmiyyət vermiş, ölkədə demokratiyanın daha da möhkəmlənməsinə zəmin yaratmış, söz azadlığı və demokratiya ən yüksək səviyyəyə çatmış, və ən əsası da uzun illər ərzində düşmən işğalı altında olan torpaqlarımızın cəmi 44 gün ərzində düşmən işğalından azad edilməsini təmin etmiş, işğaldan azad edilmiş ərazilərdə yeni şəhər və kəndlərin salınmasını uğurla həyata keçirmiş, uzun illər boyu Azərbaycana qarşı tətbiq edilən sanksiyaların, xüsusilə də 907-ci düzəlişin ləğv olunmasına nail ola bilmiş, Ermənistanla Azərbaycan arasında Sülh sazişinin imzalanmasına nail ola bilmişdir.

Baxın, budur cənab İlham Əliyevin 22 il ərzində əldə etdiyi İNKAROLUNMAZ TARİXİ UĞURLARI! Budur Azərbaycan Xalqının Nailiyyətləri!

Budur Hakimiyyət-Xalq birliyinin uğurlu nəticəsi!

Bəli, tam əminliklə deyə bilərəm ki, cənab İlham Əliyevin bu tarixi uğurlarını nə cılız Əli Kərimli, nə İsa Qəmbər, nə Cəmil Həsənli, nə də heç kim heç vaxt inkar edə bilməz.

 Hacağa Hacızadə - Kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri 

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.