Reklam

AZƏRBAYCANA QARŞI 33 İL DAVAM EDƏN SANKSİYALARIN SONU - PREZİDENT İLHAM ƏLİYEVİN APARDIĞI XARİCİ SİYASƏTİN UĞURLU NƏTİCƏSİ

Gündəm

Möhtərəm prezidentimiz, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması, torpaqlarımızın işğaldan azad edilməsi və Xalqımızın dünyada qalib və sülhsevər Xalq kimi tanınması hər bir Azərbaycanlı üçün böyük qürur mənbəyidir. 

Möhtərəm prezidentimiz cənab İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına sonuncu səfəri zamanı, Azərbaycana qarşı 33 il davam edən sanksiyalara son qoyulması və yenə də məhz prezident İlham Əliyevin sayəsində Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın öz dili ilə Xalqımızı Böyük Xalq adlandırması da məhz İlham Əliyevin uğurlu xarici siyasətinin və bilavasitə şəxsi nüfuzunun nəticəsidir.

Bəli, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın prezident İlham Əliyevə Ağ Evin rəmzi açarını təqdim etməsi də yenə cənab İlham Əliyevin beynəlxalq aləmdəki şəxsi nüfuzunun və onun şəxsiyyətinə qoyulan yüksək hörmət və ehtiramın göstəricisidir.

Bəli, bugün Azərbaycan möhtərəm prezidentimiz cənab İlham Əliyevin sayəsində beynəlxalq aləmdə böyük nüfuz sahibi olan bir dövlətə çevrilmişdir.

Möhtərəm prezidentimiz cənab İlham Əliyevin sayəsində əldə edilən Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş ölkəmiz üçün dayanıqlı sülhün təmin edilməsi və gücləndirilməsinə xidmət edir.

 Hacağa Hacızadə - Kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri 

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.