Gündəm
Hər kəsə çox yaxşı məlumdur ki, Azərbaycanın bədnam qonşusu olan Ermənistan zaman zaman Azərbaycan torpaqlarını işğal etmiş, təkcə torpaqlarımıza yox eləcə də milli irsimizə - mədəniyyətimizə, musiqilərimizə, mətbəximizə - milli yeməklərimizə sahib çıxmağa çalışmışlar və hətta tarixi saxtalaşdırmaqdan belə çəkinməmişlər. Azərbaycan, Azərbaycan Xalqı illər boyu bu mənfur qonşusunun məkrli niyyətindən əziyyət çəkmiş, təkcə torpaq itkisi deyil, minlərlə oğul və qızlarını şəhid vermişdir. Nəhayət, məhz möhtərəm prezidentimiz cənab Ali Baş Komandan, Azərbaycan Xalqının Qalib Sərkərdəsi İlham Əliyev son iki əsrdə ilk dəfə olaraq mənfur Ermənistan üzərində tarixi qələbə qazanan ilk lider olmaqla Azərbaycanın ərazi bütövlüyünü tam olaraq bərpa etdi və bədnam ermənilərə Dəmir Yumruqun gücünü göstərmiş oldu. Bəli bugün məhz möhtərəm prezidentimiz cənab İlham Əliyevin sayəsində artıq 5 ci ildir ki, Azərbaycan Respublikasında 28 may - Respublika günü ölkənin bütün ərazisində qeyd olunur və məhz möhtərəm prezidentimiz cənab İlham Əliyevin sayəsində işğaldan azad olunmuş torpaqlarımızda üç rəngli Azərbaycan bayrağı dalğalanmaqdadır. Yaşasın bizə bu tarixi qələbəni bəxş edən möhtərəm prezidentimiz Ali Baş Komandan cənab İlham Əliyev! Yaşasın Heydər Əliyev ideyaları! Yaşasın qalib Azərbaycan! 28 may Respublika gününüz mübarək!
H.Hacızadə
Kainatpress.tv nin rəhbəri



Rəy yazın