Reklam

Demokratik və hüquqi dünyəvi dövlət-MÜSTƏQİL AZƏRBAYCAN

Siyasət

Azərbaycan müstəqillik əldə etdikdən sonra müstəqilliyinin ilk illərində ölkənin çox çətin bir burulğandan keçməsi hər bir kəsə bəllidir.

AXC-MÜSAVAT cütlüyünün cəmi bir illik yarıtmaz hakimiyyəti dövründə bir dövlət olaraq Azərbaycanın və bir millət kimi Azərbaycan Xalqının yaşadığı o çətin günlər heç zaman yaddaşlardan silinməyəcək acı bir tarixdir.

Bəli, bugün Əli Kərimli, Cəmil Həsənli kimilər keçmişi unutdurmağa, o acı tarixi yaddaşlardan silməyə çalışsalar da bu bir həqiqətdir ki, AXC-MÜSAVAT cütlüyünün cəmi bir illik yarıtmaz hakimiyyəti dövründə millət - Xalq adi çörəyə möhtac qalmışdı. Ölkədə çörək tapılmırdı.

Bəli, bu bir həqiqətdir ki, AXC-MÜSAVAT cütlüyünün cəmi bir illik yarıtmaz hakimiyyəti dövründə insanlar evlərindən küçəyə çıxıb sərbəst gəzə bilmirdilər.

Bəli, bu bir həqiqətdir ki, AXC-MÜSAVAT cütlüyünün cəmi bir illik yarıtmaz hakimiyyəti dövründə ölkənin ali rəhbərliyini belə saymayan AMON-çular küçələrdə insanların kabusuna çevrilmişdilər.

Bəli, bu bir həqiqətdir ki, AXC-MÜSAVAT cütlüyünün cəmi bir illik yarıtmaz hakimiyyəti dövründə ölkədə hakimiyyətə itaətsizlik baş qaldırmışdı. Vəziyyət o həddə çatmışdı ki, ölkənin xarici işlər naziri Tofiq Qasımov, daxili işlər naziri İsgəndər Həmidov Əbülfəz Elçibəyə itaətsizlik göstərərək öz səlahiyyətlərini dondurduqlarını elan etmişdilər.

Bəli, bu bir həqiqətdir ki, AXC-MÜSAVAT cütlüyünün cəmi bir illik yarıtmaz hakimiyyəti və səriştəsiz idarəçiliyi nəticəsində Əlikram Hümbətov ölkəni parçalamağa cəhd edərək cənubda talış-muğan respublikası yaratdığını elan etmişdi.

Bəli, bu bir həqiqətdir ki, AXC-MÜSAVAT cütlüyünün cəmi bir illik yarıtmaz hakimiyyəti dövründə AXC-MÜSAVAT cütlüyünün səriştəsiz idarəçiliyi nəticəsində Surət Hüseynov tabeliyində olan silahlı birləşmələrini dövlətə qarşı çevirmişdi.

Bəli, bu bir həqiqətdir ki, AXC-MÜSAVAT cütlüyünün cəmi bir illik səriştəsiz idarəçiliyi nəticəsində ölkədə anarxiya-xaos baş alıb gedirdi və Azərbaycan öz müstəqilliyini itirmək təhlükəsi qarşısında qalmışdı.

Bəli, bu bir həqiqətdir ki, AXC-MÜSAVAT cütlüyünün cəmi bir illik yarıtmaz hakimiyyəti dövründə ölkədə demokratiyadan, insan haqqlarından və söz azadlığından söhbət gedə bilməzdi.

Bəli, bu bir həqiqətdir ki, Surət Hüseynovun silahlı birləşmələrinin Bakıya doğru irəlilədiyini görən Əbülfəz Elçibəy hakimiyyəti buraxaraq Kələkiyə qaçmışdı.

Bəli, bu bir həqiqətdir ki, bugün boş-boş,ağız dolusu demokratiyadan, insan haqqlarından danışan Əli Kərimli o dövrdə xalqı yox, yalnız özünü düşünərək Əbülfəz Elçibəyin çuxasına sığınaraq Əbülfəz Elçibəylə birlikdə Kələkiyə qaçmışdı.

Bəli, bu bir həqiqətdir ki, AXC-MÜSAVAT cütlüyünün-Əbülfəz Elçibəyin, Əli Kərimlinin, İsa Qəmbərin, Rəhim Qazıyevin, İsgəndər Həmidovun Azərbaycanı və Azərbaycan Xalqını saldıqları o çətin vəziyyətdən məhz Heydər Əliyev xilas etdi.

Bəli, məhz Ümummilli Lider Heydər Əliyevin Xalqın təkidli tələbi ilə hakimiyyətə tarixi qayıdışından sonra məhz Heydər Əliyev Azərbaycanı parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas etdi.

Bəli, məhz Ümummilli Lider Heydər Əliyev tez bir zamanda Ermənistanla Azərbaycan arasında atəşkəs əldə etdi.

Bəli, məhz Ümummilli Lider Heydər Əliyev ölkədə sabitliyi təmin etdi. 

Bəli, məhz Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın beynəlxalq hüquq normalarına əsaslanan, insan hüquq və azadlıqlarını təmin edən yeni Konstitusiya layihəsini hazırlayıb referenduma çıxardı və müstəqil Azərbaycanın yeni Konstitusiyası qəbul edildi.

Bəli, məhz Ümummilli Lider Heydər Əliyev Əsrin Müqaviləsinə imza atdı və ölkə iqtisadiyyatının inkişafına nail oldu.

Bəli, məhz Ümummilli Lider Heydər Əliyev Aqrar İslahata başladı və torpağı kəndliyə qaytardı. 

Bəli, ölkənin müstəqilliyinin möhkəmlənməsində və yüksək sürətlə inkişaf etməsində İlham Əliyevin xüsusi rolunu görən Azərbaycan Xalqı 2003-cü ildə cənab İlham Əliyevə yüksək etimad göstərdi və 2003-cü ildən bəri ötən bu illər ərzində məhz möhtərəm prezidentimiz cənab İlham Əliyevin sayəsində Azərbaycan demokratik hüquqi dünyəvi dövlətə çevrildi.

Bəli, məhz möhtərəm prezidentimiz cənab İlham Əliyevin sayəsində Azərbaycanda demokratiya və insan haqlarının qorunması üçün çox mühüm addımlar atıldı, hər bir kəsin söz azadlığı təmin edildi.

Bəli, məhz möhtərəm prezidentimiz cənab İlham Əliyevin sayəsində Azərbaycanda azad mətbuata yaradılmış şəraitin nəticəsidir ki, bugün ölkədə çoxlu sayda mətbuat vasitəsitələri-qəzet və jurnallar, televiziyalar və saytlar, fəaliyyət göstərir və hər kəs demokratik şəraitdə öz fikrini ifadə edə bilir.

Bəli, məhz buna görə də bugün Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlətdir.

Bəli bu gün Azərbaycan Respublikasında hər bir kəsin söz azadlığı var və hər bir kəsin hüquq və azadlıqları qanunla qorunur, dövlət hər bir vətəndaşın hüquq və azadlıqlarının qorunmasına təminat verir. 

 Hacağa Hacızadə - Kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri 

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.