Gördüyünüz bu müəmmalı tikinti Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində, daha dəqiq desək Sabunçu rayon icra hakimiyyəti başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəliyinin yaxınlığında aparılır. Kainatpress.tv internet televiziyası olaraq komandamızın diqqətini çəkən ilk məqam, tikinti barədə məlumat lövhəsinin olmaması, tikintidə çalışan fəhlələrin təhlükəsizlik qaydalarına riayət etməmələri, tikinti aparılan ərazinin ümumiyyətlə hasara alınmaması və tikinti ətrafında hərəkət təhlükəsizliyinin təmin edilməməsi oldu. Maraqlısı odur ki, bütün bunlar Sabunçu rayon icra hakimiyyəti başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəsi Zülfüqar Mirzəliyevin yolunun üstündə baş versə də nədənsə istər nümayəndəlik, istərsə də digər aidiyyətı qurumlar tərəfindən nə bu tikintiyə, nə də bu tikintidəki neqativ hallara reaksiya verilmir. Biz isə yalnız burada "Baxça" inşa edildiyini öyrənə bildik və əməkdaşımızla söhbət zamanı fəhlələrdən biri əmək müqaviləsi də olmadığını bildirdi. Ümid edirik ki, Sabunçu rayon icra hakimiyyəti başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəliyinin yaxınlığında yerləşən bu müəmmalı tikintiyə aidiyyatı orqanlar tərəfindən baxış keçirilərək yol verilmiş neqativ halların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görüləcəkdir.




Hacağa Hacızadə-kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri



Rəy yazın