Hər birimizə çox yaxşı məlumdur ki, Azərbaycan Respublikası müstəqilliyinin ilk illərində çox böyük sınaqlardan keçmişdir.
Axc-Müsavat cütlüyünün yarıtmaz idarəçiliyi nəticəsində Azərbaycan parçalanmaq və müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı.
Bir tərəfdən separatçı Rövşən Cavadovun azğınlaşmış OMON dəstələri, bir tərəfdən Surət Hüseynovun hakimiyyəti ələ keçirmək cəhdləri, bir tərəfdən də Əlikram Hümbətovun ölkəni parçalamaq və Talış Muğan Respublikası yaratmaq istəməsi Azərbaycanın müstəqilliyini çox ciddi təhlükə altında qoymuşdu.
Bəli, məhz həmin o çətin dövrdə Xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyev Bakıya dəvət edildi və Xalq bütün ümidini məhz Heydər Əliyevə bağladı. Çünki hər bir kəs yaxşı başa düşürdü ki, Xalqı nicat yoluna çıxarmağa məhz Heydər Əliyev qadir idi.
Bəli, Heydər Əliyev öz həyatını riskə ataraq Xalqın təkidli tələbi ilə Bakıya qayıtdı.
Vəziyyət o həddə çatmışdı ki, hətta səriştəsiz Əbülfəz Elçibəy Surət Hüseynovun və Rövşən Cavadovun qorxusundan hakimiyyəti buraxıb Kələkiyə qaçmışdı.
Bəli, hər kəs öz canını qorumağa çalışdığı o çətin dövrdə təkcə Heydər Əliyev həyatını təhlükəyə ataraq Bakıya qayıtdı və yalnız Heydər Əliyev xalqın harayına çatdı.
Məhz Ümummilli Lider Heydər Əliyevin Xalqın təkidli tələbi ilə hakimiyyətə tarixi qayıdışından sonra çox qısa bir zamanda ölkədə ictimai asayiş bərpa olundu, cəbhədə atəşkəs əldə edildi, və Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bəli, məhz Ümummilli Lider Heydər Əliyevin sayəsində Azərbaycan hüquqi demokratik dünyəvi dövlətə çevrildi.
Bəli, məhz Heydər Əliyevin təşəbbüsü, qətiyyətli mövqeyi və bilavasitə şəxsi nüfuzu sayəsində "Əsrin Müqaviləsi" gerçəkləşdi və Azərbaycan böyük tarixi uğura imza atdı.
2003 - cü ildə cənab İlham Əliyevin prezident seçkilərində inamlı qələbə qazanmasından sonra müstəqil Azərbaycanın tarixində yeni inkişaf dövrü başlandı.
Ölkədə qeyri-neft sektoru sürətlə inkişaf etdi, yüz minlərlə yeni iş yerləri açıldı. Hansı ki, yeni istehsal sahələrinin yaradılması və yeni iş yerlərinin açılması bugün də davam edir.
Bəli, möhtərəm prezidentimiz cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artdı və Azərbaycan dünyada orta gücə malik olan bir dövlətə çevrildi.
Bəli, məhz möhtərəm prezidentimiz cənab İlham Əliyevin sayəsində Azərbaycan öz ərazi bütövlüyünü tam təmin etdi və işğal altında olan torpaqlarımız düşmən tapdağından azad olundu.
Bəli, məhz bütün bunlara görə də bugün Azərbaycanda sarsılmaz Hakimiyyət-Xalq birliyi mövcuddur. Çünki, hələ 2003 - cü ildə öz seçki platformasında "mən hər bir vətəndaşın prezidenti olacağam!" deyən cənab İlham Əliyev həqiqətən də hər bir vətəndaşın yanında oldu və hər bir Azərbaycanlıya böyük "qələbə sevinci" yaşatdı.
Əlbəttə ki, müstəqil Azərbaycan bizə həmişəyaşar əbədi liderimiz Heydər Əliyevin bir əmanətidir və Heydər Əliyev siyasətini uğurla davam etdirən möhtərəm prezidentimiz cənab İlham Əliyev bugün "Heydər Əliyev Azərbaycanı"nı dünyada orta gücə malik olan bir dövlətə çevirməyi bacardı.
Fəxrlə deyə bilərik ki, müstəqil Azərbaycanın uğurlu gələcəyi və parlaq inkişafı üçün bugün böyük bir şəxsiyyət yetişməkdədir.
Bəli, həmin o şəxsiyyət Gələcəyin Lideri - Müasir Azərbaycanın Heydər Əliyevidir.
Hacağa Hacızadə - Kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri



Rəy yazın