Reklam

Əli Kərimlinin "saxta qəhrəman"ı

Gündəm

 Əli Kərimli yenə də öz məkrli niyyətindən əl çəkmir və görünən odur ki, hardasa əlinə beş üç kəlmə danışmaq imkanı düşən kimi yenə öz saxta qəhrəmanını sanki bir cəngavər olubmuş kimi təqdim edir... Bəli, həmin bu Əli Kərimli indi də utanmadan Əbülfəz Elçibəyin guya ki, Xalq tərəfindən seçilən yeganə ilk və son prezident olduğunu deyir. Birincisi adamdan soruşarlar ki, yaxşı əgər Xalq etimad göstərib, inanıb sənin saxta qəhrəmanını Prezident seçmişdisə bəs onda həmin o Əbülfəz Elçibəy niyə xalqın etimadını doğrultmadı? Bəs onda niyə həmin o Əbülfəz Elçibəy hakimiyyəti idarə edə bilməyib Xalqı da, Ölkəni də çətin vəziyyətə saldı? Bəs  onda niyə həmin o Əbülfəz Elçibəy son anda Xalqı yox yalnız özünü düşünərək Surət Hüseynovun qorxusundan hakimiyyəti də Xalqı da taleyin ümidinə buraxıb qaçdı? Bəs onda niyə həmin o Əbülfəz Elçibəy cəmi bir illik hakimiyyəti dövründə traktor sürənin, kamaz sürücüsünün, çobanın ayrı-ayrı rayonlara icra başçısı təyin edilməsi haqqında sərəncamlara qol çəkdi? Hansı ki, həmin dövrdə Azərbaycanın kifayət qədər ali təhsilli, təşkilatçılıq bacarığı olan kadr potensialı, təcrübəli kadrları var ikən Əbülfəz Elçibəyin traktor sürəni, kamaz sürücüsünü, çobanı icra başçısı təyin etməsi rəzalət deyilmi? Əlbəttə ki, rəzalətdir və ümumiyyətlə istər Əbülfəz Elçibəyin prezidentliyi, istərsə də AXC-MÜSAVAT cütlüyünün bir illik hakimiyyəti Azərbaycanın fəlakət dövrüdür və Azərbaycanın tarixində hər zaman bir qara ləkə olaraq da qalacaq. Əli Kərimlilər, Cəmil Həsənlilər Əbülfəz Elçibəydən nə qədər saxta qəhrəman obrazı yaratmağa çalışırlar çalışsınlar əsas odur ki, AXC-MÜSAVAT cütlüyünün hakimiyyətdə olduğu dövrü öz gözləri ilə görən, həmin dövrdə yaşayan insanlar Əbülfəz Elçibəyin də, İsa Qəmbərin də, Əli Kərimlinin də, lap elə Cəmil Həsənlinin özünün də kim olduğunu çox yaxşı bilirlər. Azərbaycan Respublikasının Konstitusiyasına görə bugün xalqın seçdiyi millət vəkillərindən başqa heç kim xalqın adından danışa bilməz. Maraqlıdır ki, Əli Kərimli özü də bunu bildiyi halda hansı haqla Xalqın adından danışır? Əbülfəz Elçibəyin Xalqın seçdiyi ilk və son prezident olduğunu Əli Kərimli hansı haqla deyir? Əli Kərimli hansı haqla Xalqın adından yalan danışır? Bəli, Əli Kərimli özü  bilərəkdən yalan danışır və Əbülfəz Elçibəyin saxta qəhrəman obrazını yaradır. Əlbəttə ki, hər birimiz çox yaxşı bilirik ki, Əbülfəz Elçibəy Azərbaycanı parçalanmaq, müstəqilliyini itirmək təhlükəsi qarşısında qoyandan sonra Xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyev Bakıya dəvət olundu və 1993-1998 - ci illərdə keçirilən Prezident seçkilərində Ulu Öndər Heydər Əliyev, 2003 və sonrakı illərdə keçirilən Prezident seçkilərində möhtərəm prezidentimiz cənab İlham Əliyev yüksək səs çoxluğu ilə Xalqın böyük etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Bəli bugün də Azərbaycan Xalqının seçimi də, yeganə rəqibsiz lideri də möhtərəm prezidentimiz cənab İlham Əliyevdir.

 Hacağa Hacızadə - kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri 

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.