Reklam

Azərbaycan və Gürcüstan əlaqələri bütün qonşular üçün nümunə ola bilər

Gündəm

 Qədim tarixi dostluq və qardaşlıq münasibətləri olan Azərbaycan və gürcü xalqları, müstəqil Azərbaycan və Gürcüstan arasında əlaqələr günü-gündən artıq, inkişaf edir. Bu əlaqələrin möhkəmlənməsində hər iki dövlətin başçılarının mühüm rolu vardır. 

İki dövlət arasında əlaqələrin genişlənməsi və münasibətlərin möhkəmlənməsi işlərində atlan addımlardan biri  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 6-da Gürcüstana dövlət səfəri olmuşdur. 
Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü keçirilib. Görüşdən sonra hər iki dövlət başçısı mətbuata bəyanatlarla çıxış ediblər.
Qeyd edilməlidir ki, Azərbaycan və gürcü xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşayıblar.  Bu ənənələr bu gün də yaşayır, bütün istiqamətlər üzrə uğurla inkişaf edir və bütün qonşular üçün nümunə ola bilər.
Görüş zamanı Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığı qeyd edilərək, əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, energetika, yaşıl enerji, nəqliyyat, sərmayələr və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin münasibətlərimizin genişlənməsində roluna toxunulub.
Görüşdə Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin edilməsi baxımından Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin rolu vurğulanıb. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığından məmnunluq bildirilib, Azərbaycan və Gürcüstan prezidentləri rını bildirdilər, əlaqələrimizin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyevin Gürcüstanın Prezidenti və Baş naziri ilə görüşlərindən sonra Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə birgə mətbuata bəyanatlarla çıxış ediblər. Bəyanatında ölkə başçısı bildirib ki, bizim tarixi əlaqələrimiz dövlətlərarası əlaqələr üçün möhkəm zəmindir. Gürcü və Azərbaycan xalqlarının əsrlər boyu dostluq, qardaşlıq şəraitində yaşadıqlarını və bu gün bu ənənələrin davam etdirildiyini vurğulayan dövlətimizin başçısı deyib: “Bu gün iki müstəqil dövlət kimi Azərbaycan və Gürcüstan inamla inkişaf edir”.
Cənab Prezident qeyd edib ki, Gürcüstan-Azərbaycan əlaqələri bundan sonra da inamla inkişaf edəcək.  “Biz bütün beynəlxalq təşkilatlarda da hər zaman bir birimizi dəstəkləyirik. Cənab Baş nazir qeyd etdiyi kimi, hər zaman bir-birimizin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərimizin toxunulmazlığını dəstəkləmişik, dəstəkləyirik və dəstəkləyəcəyik”, - deyə dövlətimizin başçısı bildirib.
Bildirilib ki, bu gün nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır. Dövlətimizin başçısı əlavə edib ki, Orta Dəhliz Azərbaycan və Gürcüstan ərazisindən keçir və bu, bizim üçün əsas nəqliyyat damarıdır. Bunu genişləndirmək üçün əlavə səylər də göstərilir və göstəriləcək.
Vurğulanıb ki, bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır və Cənubi Qafqazda yerləşən ölkələr bu imkanları əldən verməməlidir. Çünki bu gün sülh, təhlükəsizlik, əmin-amanlıq, sabitlik əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində pozulur və bunun nəticəsində qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir. “Cənubi Qafqazda da vaxtilə buna oxşar mənzərə mövcud idi. Amma bu gün Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik və əməkdaşlıq məkanına çevrilir”, - deyə dövlətimizin başçısı əlavə edib.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze dövlətimizin başçısı ilə mətbuata birgə bəyanatında Prezident İlham Əliyevin bölgədəki nüfuzunu xüsusi qeyd edib, onun Gürcüstanın dəyərli dostu olduğunu və Azərbaycan Prezidentinin buraya səfəri hər zaman Gürcüstan üçün böyük şərəf olduğunu söyləyib. Baş nazir qeyd edib: “Biz fürsətdən istifadı edərək ikitərəfli münasibətlərimizi və regiondakı prosesləri müzakirə etdik”. Bizim xalqlarımız əsrlər boyu bir-biri ilə sıx bağlı ölkələr olub və bunun məntiqi davamı odur ki, bu gün iki ölkə arasında strateji tərəfdaşlıq mövcuddur.
“Şadam ki, bu əməkdaşlıq müxtəlif istiqamətlər üzrə çox dinamik şəkildə iştirak edir”, - deyə Baş nazir vurğulayıb.
Xarici dövlət başçısının dilindən ölkə başçımız barədə belə xoş sözlərin deyilməsi öz növbəsində hər birimizdə fəxarət hissi  doğurur. 
 
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası


Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.