Professor Misir Mərdanov 3 oktyabr 1946-cı ildə Ermənistanın İcevan rayonunda anadan olub. 1964-1969 cu illərdə Azərbaycan Dövlət Universitetində ali təhsil alıb. 1989-cu ilin iyunundan 1992-ci ilin oktyabr ayına kimi Azərbaycan Respublikası Təhsil Nazirliyi Ali Təhsil İdarəsinin rəisi-nazir müavini, 1992-1996 cı illərdə Bakı Dövlət Universitetinin prorektoru, 1996-cı ilin oktyabrından 1998-ci ilin mart ayının 25-nə kimi Bakı Dövlət Universitetinin rektoru, 1998-ci ilin mart ayından 2013-cü ilin 18 aprelinə kimi Azərbaycan Respublikasının Təhsil naziri vəzifəsində çalışıb. Professor Misir Mərdanov 2013-cü ilin may ayından Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsində çalışır. Professor Misir Mərdanov 1996-cı ildən Azərbaycan Riyaziyyat Cəmiyyətinin vitse-prezidenti, 2000-ci ilin yanvarın 28-dən Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, 2005-ci ilin aprel ayının 27-dən Rusiya Təhsil Akademiyasının xarici üzvü, 2011-2014 cü illərdə Türk dünyası Riyaziyyat Cəmiyyətinin prezidenti-2014 cü ildən həmin cəmiyyətin fəxri prezidenti, 2014-cü ilin oktyabr ayının 28-dən Pedaqoji təhsil üzrə Beynəlxalq Elmlər Akademiyasının (Moskva) akademikidir. Professor (akademik) Misir Mərdanov 2013-cü ilə qədər Yeni Azərbaycan Partiyasının idarə heyətinin üzvü, 2020-ci ilədək isə Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü olmuşdur. Professor (akademik) Misir Mərdanov "AMEA Riyaziyyat və Mexanika İnstitutunun əsərləri" jurnalının baş redaktorudur. Professor (akademik) Misir Mərdanov indiyədək 7 nəfər fəlsəfə doktoru hazırlamışdır. Professor (akademik) Misir Mərdanov həmçinin 6-cı siniflər üçün "Riyaziyyat", 7-8-9-10-11-ci siniflər üçün "Həndəsə", 7-8-9 cu siniflər üçün "Cəbr", 10-11 ci siniflər üçün "Cəbr və Analizin başlanğıcı" adlı dərsliklərin, həmçinin də " HEYDƏR ƏLİYEV, Xalqa həsr olunmuş ömür" kitabının müəllifidir.
Hacağa Hacızadə. Kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri



Rəy yazın