9 iyun Azərbaycan Xalqı üçün çox əziz və unudulmaz bir gündür. Bəli məhz 32 il bundan əvvəl, məhz bu gün 9 iyun 1993 - cü ildə Ulu Öndər Heydər Əliyev Xalqın və ölkə ziyalılarının təkidili tələbi ilə Naxçıvandan Bakıya qayıtdı. Bu tarixi bir qayıdış idi və müstəqil Azərbaycanın və Azərbaycan Xalqının taleyi məhz bu qayıdışdan asılı idi. Çünki həmin dövrdə AXC - Müsavat hakimiyyətinin səriştəsiz idarəçiliyi nəticəsində Azərbaycan parçalanmaq və müstəqilliyini itirmək təhlükəsi qarşısında qalmışdı. Bəli məhz həmin o çətin dövrdə xalqın yeganə ümidi Ulu Öndər Heydər Əliyev idi. Bu bir həqiqət və danılmaz faktdır ki, Azərbaycanı parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən məhz Ulu Öndər Heydər Əliyev xilas etdi. Bu bir həqiqətdir ki, Ulu Öndər Heydər Əliyevin öz həyatını riskə atmaqdan belə çəkinməyərək 9 iyun 1993 - cü ildə Naxçıvandan Bakıya tarixi qayıdışından sonra Azərbaycan nicat yoluna qədəm qoydu. Bu bir həqiqətdir ki, yalnız Ulu Öndər Heydər Əliyev Azərbaycanı parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən, Azərbaycan Xalqını isə vətəndaş qarşıdurmasından xilas etdi. Bəli, bu bir həqiqətdir ki, məhz Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini qoruyub saxlaya bildi və qısa zaman ərzində Azərbaycanı demokratik hüquqi dünyəvi bir dövlətə çevirdi. Bəli, elə Azərbaycanın müstəqilliyinin də, Azərbaycanın demokratik hüquqi bir dövlətə çevrilməsinin də təməli məhz bugün 9 iyun 1993 - cü ildə Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya tarixi qayıdışı ilə qoyuldu və həmin gün Ulu Öndər Bakıda təyyarədən çıxdığı anda Azərbaycan üçün bir günəş doğdu.
Hacağa Hacızadə "Kainatpress.tv" internet televiziyasının təsisçisi və rəhbəri



Rəy yazın