Reklam

Sevilən və seçilən şəxsiyyət - Araz Əhmədov

Gündəm

 

Araz Süleyman oğlu Əhmədov 1963-cü ildə Ordubad rayonunun Biləv kəndində 
dünyaya göz açıb.
 
Azərbaycan Respublikasının suverenliyi və dövlət müstəqilliyinin möhkəmləndirilməsində xidmətlərinə görə Araz Əhmədov Azərbaycan Respublikası Prezidenti tərəfindən "Hərbi xidmətlərə görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.
 
Azərbaycan Respublikası Prezidentinin 25 İyul 2022-ci il tarixli sərəncamı ilə Araz Süleyman oğlu Əhmədov Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.
 
Araz Əhmədovun Masallı rayonuna rəhbərlik etməyə başladığı ilk gündən onun nümunəvi idarəçiliyi, idarəetmədə şəffaflıq prinsiplərini önə çəkməsi, vətəndaşlara qayğıkeş yanaşma tərzi, əhalinin sosial rifahının yüksəlməsinə xüsusi diqqət yetirməsi, Masallının kəndlərində inkişafa böyük önəm verməsi, müxtəlif kənd və qəsəbələrdə yeni yollar salması, hər bir kənd və qəsəbədə geniş abadlıq və yaşıllaşdırma işləri aparması, rayon ərazisində bir sıra sosial obyektlərin istifadəyə verilməsinə nail olması, təhsil və səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətindəki səmərəli fəaliyyəti Masallı əhalisi tərəfindən çox yüksək qiymətləndirilir və razılıqla qarşılanır.

Hər bir Masallı sakininə qapısı açıq olan Araz Əhmədov şəhid ailələri və qazilərlə mütəmadi olaraq sıx görüşlər keçirir, onların bütün qayğı və problemlərini yerindəcə həll edir.

Bugün Araz Əhmədovun fəaliyyəti demək olar ki, sırf vətəndaş məmnuniyyətinə xidmət edir. Onu da qeyd edək ki, bugün Masallı əhalisi möhtərəm prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək onun xarici və daxili siyasətini ürəkdən dəstəkləyir.

 
Bəli, möhtərəm prezidentimiz cənab İlham Əliyevin bütün tövsiyə və tapşırıqlarını yüksək səviyyədə yerinə yetirməklə Araz Əhmədov bugün sözün həqiqi mənasında sarsılmaz Hakimiyyət-Xalq birliyinin daha da möhkəmlənməsinə xidmət edir. Kainatpress.tv internet televiziyası olaraq bugün biz də Ümummilli Liderimiz əbədiyaşar Heydər Əliyev irsinin layiqli təbliğatçısı Araz Əhmədova uzun ömür möhkəm cansağlığı, yorulmaz fəaliyyətində uğurlar arzulayırıq.
 
 
 Hacağa Hacızadə - Kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri 

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.