Reklam

Heydər Əliyev - Atəşkəs sazişi və bugünkü sülhün başlanğıcı

Siyasət

 Ulu Öndər Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışından sonra Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtələrindən biri də 1994-cü ildə imzalanmış "Atəşkəs sazişi" oldu.

 
 Bəli, məhz Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və qətiyyətli mövqeyi nəticəsində Azərbaycan uzunmüddətli müharibə şəraitindən çıxaraq sabitlik və inkişaf yoluna qədəm qoydu.
 
 Hər birimizə çox yaxşı məlumdur ki,1990-cı illərin əvvəllərində Ermənistan-Azərbaycan münaqişəsi ölkənin siyasi, iqtisadi və sosial həyatını iflic vəziyyətinə salmışdı.
 
 Məhz həmin dövrdəki  orduda nizamsızlıq, daxildə siyasi çəkişmələr və iqtisadi böhran ölkədə vəziyyəti daha da ağırlaşdırmışdı.
 
Belə bir mürəkkəb və çətin bir dövrdə Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ilk növbədə dövlətçiliyin qorunmasını və xalqın təhlükəsizliyini əsas prioritet kimi müəyyən etdi.
 
Beləliklə də 1994-cü ilin may ayında əldə olunan atəşkəs razılaşması Azərbaycanın müasir tarixində mühüm mərhələnin başlanğıcı oldu. 
 
Bu saziş yalnız silahlı qarşıdurmanın dayandırılması ilə məhdudlaşmadı, həm də ölkədə sabitliyin bərpası üçün böyük zəmin yaratdı.
 
Ulu Öndər Heydər Əliyevin sayəsində əldə edilən "Atəşkəs sazişi" nəticəsində cəbhədə insan itkiləri azaldı, ölkədə iqtisadi fəaliyyətin bərpası üçün imkanlar yarandı və dövlət quruculuğu prosesinə təkan verildi.
 
Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən və düşünülmüş siyasət nəticəsində çox qısa bir zamanda Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınmağa başladı. 
 
Neft strategiyasının formalaşdırılması, ölkəyə xarici investisiyaların cəlb olunması və diplomatik əlaqələrin genişləndirilməsi ölkənin inkişafına mühüm töhfə verdi. 
 
Əlbəttə ki, bütün bunlar isə məhz atəşkəsin yaratdığı sabitlik mühitində mümkün oldu.
 
Bugünkü Azərbaycan reallıqlarına nəzər saldıqda, həmin dövrdə atılan addımların nə qədər əhəmiyyətli olduğu daha aydın görünür. 
 
Bugün əldə olunan uğurlar, regional əməkdaşlıq və sülh təşəbbüsləri məhz o dövrdə qoyulmuş təməllərə əsaslanır. 
 
Bəli, məhz Heydər Əliyevin sayəsində əldə edilən bu "Atəşkəs sazişi" Azərbaycanın gələcək inkişaf strategiyasının başlanğıc nöqtəsi kimi tarixə düşdü.
 
Nəticə etibarilə, Heydər Əliyevin rəhbərliyi ilə əldə olunan atəşkəs yalnız müharibənin dayandırılması deyil, həm də Azərbaycanın müstəqil və güclü dövlət kimi formalaşmasının əsasını qoydu. 
 
Əlbəttə ki, bu gün regionda sülh və sabitlik istiqamətində atılan addımlar həmin uzaqgörən siyasətin davamı kimi qiymətləndirilməlidir.
 
 
 Hacağa Hacızadə - Kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.