04 iyun 2026-cı il tarixdə Bakı Dövlət Universitetinin Qazax filialında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan edilmiş "İnsan Hüquqları Aylığı" çərçivəsində genişmiqyaslı maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri də fəal iştirak ediblər.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra mövzuya dair videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev insan hüquqlarının qorunmasının əhəmiyyətindən və gənclərin hüquqi maarifləndirilməsinin vacibliyindən danışıb.
Çıxış edənlər arasında Şuranın Sədr müavini, BDU-nun tələbəsi Ümid Əhməyev gənclərin hüquqi müstəvidə fəallığının artırılmasının önəmindən bəhs edib.
Ümid Əhməyev öz çıxışında müasir gəncliyin hüquqi savadlılığının cəmiyyətin inkişafındakı rolunu vurğulayıb və Şura olaraq bu istiqamətdə görülən işləri qeyd edib.
Taleh Kazımov - Kainatpress.tv internet televiziyasının bölgə müxbiri



Rəy yazın