Reklam

Heydər Əliyev - Sahibkarlığın inkişafında dövlətin rolu

Siyasət

 Azərbaycanın müasir iqtisadi inkişaf tarixində Ümummilli Lider Heydər Əliyevin rolu xüsusi əhəmiyyət kəsb edir. 

 
Hər birimizə çox yaxşı məlumdur ki, Heydər Əliyevin rəhbərliyi altında ölkədə bazar iqtisadiyyatına keçidin əsasları qoyulmuş, sahibkarlığın inkişafı üçün mühüm hüquqi və institusional baza formalaşdırılmışdır. 
 
Bəli, məhz Heydər Əliyev sahibkarlığı iqtisadiyyatın aparıcı qüvvələrindən biri kimi qiymətləndirərək, dövlətin bu sahədə dəstəkləyici rolunu ön plana çəkmişdir.
 
Hər birimiz çox yaxşı bilirik ki, AXC-Müsavat hakimiyyətinin yarıtmaz idarəçiliyi nəticəsində 1990-cı illərin əvvəllərində Azərbaycan iqtisadiyyatı ciddi çətinliklərlə üzləşmişdi.
 
Məhz belə bir şəraitdə Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət nəticəsində ölkədə sabitlik təmin olunmuş və iqtisadi islahatlara start verilmişdi.
 
Həmin o dövrdə bəli, məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi altında Sahibkarlığın inkişafı üçün hüquqi baza yaradılmışdı və bir sıra özəlləşdirmə proqramları həyata keçirilmişdir.
 
Məhz Heydər Əliyevin sayəsində sərbəst bazar münasibətlərinə keçid sürətləndirilmişdi.
 
Xüsusilə qeyd etmək lazımdır ki, Ümummilli Lider Heydər Əliyev sahibkarlığın inkişafını stimullaşdırmaq məqsədilə bir sıra mühüm qərarlar qəbul etmişdir. 
 
Bəli, məhz Heydər Əliyevin təşəbbüsü ilə vergi sistemində islahatlar aparılmış, sahibkarlar üçün əlverişli biznes mühiti yaradılmış, xarici investisiyaların ölkəyə cəlb olunması istiqamətində mühüm addımlar atılmışdır. 
 
Bəli, məhz Heydər Əliyevin uzaqgörən və düşünülmüş siyasəti nəticəsində ölkədə kiçik və orta sahibkarlıq sürətlə inkişaf etməyə başlamışdır.
 
Qeyd etməliyik ki, Dövlətin sahibkarlığa dəstəyi yalnız iqtisadi sahə ilə məhdudlaşmamış, həmçinin də institusional mexanizmlərin yaradılması ilə müşayiət olunmuşdur.
 
Bəli məhz Heydər Əliyevin rəhbərliyi altında Sahibkarlara hüquqi və maliyyə dəstəyi göstərən qurumlar yaradılmış, biznes fəaliyyətinin qorunması üçün qanunvericilik bazası təkmilləşdirilmişdir.
 
 Əlbəttə ki, bütün bunlar sahibkarların fəaliyyətinə olan inamı artırmış və iqtisadi fəallığın yüksəlməsinə səbəb olmuşdur.
 
Heydər Əliyevin müəyyən etdiyi iqtisadi strategiya möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilməkdədir.
 
Bəli, məhz Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu uzaqgörən və düşünülmüş siyasət nəticəsində bugün Azərbaycan regionda iqtisadi cəhətdən güclü dövlətlərdən birinə çevrilmişdir. 
 
Onu da qeyd edək ki, sahibkarlığın inkişafı  ölkənin qeyri-neft sektorunun genişlənməsində mühüm rol oynayır.
 
Danılmaz həqiqətdir ki, Heydər Əliyevin rəhbərliyi altında sahibkarlığın inkişafı üçün yaradılan şərait və həyata keçirilən islahatlar Azərbaycanın iqtisadi müstəqilliyinin möhkəmlənməsinə böyük töhfələr vermişdir. 
 
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Dövlətin sahibkarlığa göstərdiyi dəstək bu gün də davam edir və ölkənin davamlı inkişafında mühüm rol oynayır.
 
Bəli, bugün də möhtərəm prezidentimiz cənab İlham Əliyev ölkədə sahibkarlığın inkişafı və sahibkarların fəaliyyəti üçün şəffaf və əlverişli mühit yaratmışdır.
 
 Hacağa Hacızadə - Kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri 

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.