Reklam

Gözəlliklər diyarı qədim Şamaxı

İqtisadiyyat

 

 Dəyərli Kainatpress.tv izləyiciləri bugün sizlərə Azərbaycanın ürəyi sayılan qədim Şamaxı rayonundan onun bugünkü inkişafından və ürəkaçan gözəlliklərindən bəhs edəcəyik.
 
Bir sıra zəngin memarlıq incilərini özündə qoruyub saxlayan qədim Şamaxı torpağı bugün sözün həqiqi mənasında həyatının ikinci baharını yaşamaqdadır.
 
Hər birimiz çox yaxşı bilirik ki, Ümummilli dahi Liderimiz əbədiyaşar Heydər Əliyev Şamaxını Azərbaycanın əsas elm və mədəniyyət mərkəzlərindən biri hesab edirdi.
 
Bəli, Ulu Öndər əbədiyaşar Heydər Əliyev bu qədim diyarın zəngin tarixi keçmişinə və əbədi mühitinə xüsusi yüksək qiymət verir, bu qədim torpağın yetirdiyi mütəfəkkirləri daim xalqımızın milli sərvəti kimi dəyərləndirirdi.
 
Bəli, təkcə Ulu Öndər əbədiyaşar Heydər Əliyev yox eyni zamanda möhtərəm prezidentimiz cənab İlham Əliyev özü də Şamaxıya və Şamaxı əhalisinə hər zaman böyük önəm verir.
 
Bəli, möhtərəm prezidentimiz cənab İlham Əliyevin Şamaxıya və bilavasitə Şamaxı əhalisinə olan yüksək diqqət və qayğısının nəticəsi olaraq Azərbaycan Respublikası Prezidentinin 30 Oktyabr 2018-ci il tarixli sərəncamı ilə Tahir Nadir oğlu Məmmədov Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Bəli, Tahir Məmmədov kimi yerli idarəetmə sahəsində kifayət qədər böyük təcrübəyə malik bir şəxsin məhz Şamaxı kimi qədim bir rayona rəhbər təyin edilməsi Şamaxıya və Şamaxı əhalisinə olan yüksək diqqətin təzahürü idi.
 
Əlbəttə ki, yerli idarəetmə sahəsində kifayət qədər böyük təcrübəyə malik olan Tahir Məmmədov bu etimadı yüksək səviyyədə doğrultmaqdadır və vəzifəsinin icrasına başladığı ilk gündən idarəetmədə şəffaflıq prinsiplərini önə çəkərək vətəndaşlara qayğıkeş yanaşma tərzi, rayon əhalisinin sosial rifahının daha da yüksəlməsinə xüsusi diqqət yetirməsi, ayrı-ayrı kənd və yaşayış məntəqələrinin inkişafına böyük önəm verməsi, bir sıra kəndlərə yeni yollar salması, ümumilikdə bütün rayon ərazisində abadlıq və yaşıllaşdırma işlərinin aparılmasına güclü təkan verməsi, bir sıra təhsil və səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atması yerli əhalinin böyük razılığına və ən əsası da yüksək vətəndaş məmnuniyyətinə səbəb olmuşdur.
 
Bəli, bugün Şamaxıda yüksək vətəndaş məmnuniyyəti mövcuddur və bugün hər bir Şamaxı sakini möhtərəm prezidentimiz cənab İlham Əliyevin xarici və daxili siyasətini ürəkdən dəstəkləyir.
 
Bəli, bugün möhtərəm prezidentimiz cənab İlham Əliyevin bütün tövsiyə və tapşırıqları Şamaxıda sözün həqiqi mənasında yüksək səviyyədə yerinə yetirilir.
 
Kainatpress.tv internet televiziyası olaraq biz də Ümummilli dahi Liderimiz əbədiyaşar Heydər Əliyev irsinin layiqli təbliğatçısı olan Tahir Məmmədova bugün mövcud olan sarsılmaz Hakimiyyət-Xalq birliyinin daha da möhkəmlənməsinə xidmət edən yorulmaz fəaliyyətində uğurlar arzulayırıq.
 
 
 
 Hacağa Hacızadə - Kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.