Reklam

"Şəhərsalma və Memarlıq ili" çərçivəsində "Qadın iştirakçılığının təbliği" mövzusuna həsr olunmuş konfrans keçirilib

İqtisadiyyat

 Tədbir qadınların şəhərsalmada rolu, qadın məşğulluğunun təşviqi və şəhər planlaşdırılması zamanı gender bərabərliyinin təmin edilməsi kimi aktual məsələləri əhatə edib.

 
Tədbirdə açılış nitqi ilə çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov şəhərsalma siyasətində gender bərabərliyinin təmin edilməsinin, habelə şəhər mühitinin formalaşdırılmasında qadınların fəal iştirakının vacibliyini vurğulayıb. Bildirib ki, müasir şəhərsalma yanaşmaları fiziki infrastrukturun qurulması ilə məhdudlaşmamalı, cəmiyyətin bütün üzvlərinin, o cümlədən qadınların ehtiyac və gözləntilərini nəzərə almalıdır. Bu baxımdan inklüziv planlaşdırma prinsiplərinin tətbiqi və qərar qəbuletmə proseslərində qadınların iştirakının genişləndirilməsi prioritet istiqamətlərdən olmalıdır.
 
Konfrans çərçivəsində panel sessiyada çıxış edən Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Qədir Babayev bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma prosesində genderə həssas yanaşma tətbiq olunur və əlçatan sosial infrastruktur yaradılır. Bu yanaşma qadınların inteqrasiyasını və regionun dayanıqlı inkişafını dəstəkləyir.
 
Digər iştirakçılar da qadınların şəhərsalma və memarlıq sahələrində geniş təmsilçiliyinin vacibliyini qeyd edib, bu istiqamətdə həyata keçirilən layihə və təşəbbüslər barədə məlumat veriblər. Gender bərabərliyinin təmin olunmasının yalnız sosial ədalət məsələsi deyil, əlverişli və dayanıqlı şəhər mühitinin formalaşdırılmasının əsas şərtlərindən olduğu diqqətə çatdırılıb. 

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.