Reklam

Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavini ərazilərə baxış keçirib, tapşırıqlar verilib...

İqtisadiyyat

 Mart ayının 27-si səhər saatlarından etibarən Baki Şəhər İcra Hakimiyyəti, paytaxtın Rayon İcra Hakimiyyətləri və şəhərin digər təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır.

Bəzi ərazilərdə ikinci gündür ki aramsız yağan yağış nəticəsində  kollektorlar tərəfindən suların kənarlaşdırılmasında problemlər yaranıb. Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Ayaz Hüseynov hadisə baş verən ərazilərə baxış keçirib, yağışın yaratdığı fəsadların aradan qaldırılması üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.
Həmçinin sözügedən məsələ ilə bağlı yaradılmiş monitorinq qrupları tərəfindən problemli ərazilər müəyyən edilir və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə təqdim olunur. 
Hal-hazırda şəhərin müxtəlif ərazilərində yaranmış fəsadlarının aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.