Reklam

Heydər Əliyev - Müstəqilliyimizin təminatçısı və xalqımızın xilaskarı

Siyasət

 Heydər Əliyev Azərbaycanın müstəqilliyinin qorunmasında mühüm rol oynamış yeganə tarixi şəxsiyyətdir.

 
 Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri danılmazdır. 
 
O, təkcə dövlət rəhbəri deyil, həm də milli dövlətçiliyimizin xilaskarı, müstəqilliyimizin möhkəm təməl üzərində qurulmasının təminatçısı kimi yadda qalmışdır.
 
 Onun siyasi fəaliyyəti Azərbaycanın inkişafı, sabitliyi və beynəlxalq nüfuzunun artması ilə sıx bağlıdır.
 
Heç kimə sirr deyil ki, 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etsə də, ölkə ciddi siyasi və iqtisadi böhran, daxili qarşıdurmalar və torpaq itkiləri ilə üz-üzə qalmışdı.
 
 Belə bir mürəkkəb dövrdə xalqın təkidli tələbi ilə  hakimiyyətə qayıdan Heydər Əliyev ölkəni vətəndaş müharibəsi təhlükəsindən xilas etməyi çox böyük məharətlə bacardı və çox qısa bir zamanda dövlətçiliyin möhkəmləndirilməsinə və sabitliyin bərqərar olunmasına nail oldu.
 
 Beləcə Ulu Öndər Heydər Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində Azərbaycan parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas ola bildi.
 
 O da danılmaz bir faktdır ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və qətiyyətli mövqeyi sayəsində 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ölkənin iqtisadi inkişafında böyük dönüş nöqtəsi oldu. 
 
Hansı ki, bu müqavilə Azərbaycanın zəngin enerji resurslarının dünya bazarına çıxarılmasına böyük zəmin yaratdı və xarici sərmayələrin Azərbaycana cəlb olunmasını sürətləndirməklə ölkənin iqtisadi müstəqilliyini möhkəmləndirdi.
 
 Bununla yanaşı, hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı, məhz Ümummilli Lider Heydər Əliyevin sayəsində Azərbaycan demokratik hüquqi dövlətə çevrildi.
 
1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi.
 
Ulu Öndər Heydər Əliyevin sayəsində milli maraqlar, dövlətçilik prinsipləri və xalqın rifahı dövlət siyasətinin əsas prioritet istiqamətlərinə çevrildi.
 
 Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında elmi-mədəni, sosial-iqtidadi, təhsil-səhiyyə və ordu quruculuğu sahələrində həyata keçirilən islahatlar gələcək inkişafın əsasını qoydu. 
 
Məhz Ulu Öndər Heydər Əliyevin sayəsində Azərbaycanın beynəlxalq aləmdəki  nüfuzu kifayət qədər artmış oldu.
 
 Danılmaz bir faktdır ki bu gün müasir Azərbaycan dövlətinin uğurları məhz Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin davamıdır. 
 
Bəli, məhz Ümummilli Lider Heydər Əliyevin siyasi irsi dövlət müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.
 
 Xalqımız onu haqlı olaraq müstəqil Azərbaycanın memarı və xilaskarı kimi ehtiramla yad edir.
 
Nəticə olaraq demək olar ki, Heydər Əliyevin fəaliyyəti Azərbaycanın tarixində dönüş nöqtəsi olmuş, dövlətimizin müstəqilliyinin əbədi və dönməz xarakter almasına böyük zəmin yaratmışdır.
 
 Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaqdır.
   Eldar Məmmədov 

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.