Reklam

Bakıda Amerika Birləşmiş Ştatlarının Vitse-prezidentinin rəsmi qarşılanma mərasimi olub

Gündəm

 Fevralın 10-da Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vensin rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda ABŞ-ın Vitse-prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vensi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Vitse-prezident Cey. Di. Vensə raport verib.

Amerika Birləşmiş Ştatlarının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyətinin üzvləri Vitse-prezident Cey. Di. Vensə, Amerika Birləşmiş Ştatları nümayəndə heyətinin üzvləri isə Azərbaycan Prezidentinə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vensin qarşısından keçib.

Sonda rəsmi foto çəkdirilib.

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.