Reklam

Yanvarın 15-də Cenevrədə BMT-nin ofisində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) həsr olunmuş brifinq keçirilib

Gündəm

 

15 yanvar 2026-cı il tarixində Cenevrədə BMT-nin Ofisində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) həsr olunmuş brifinq keçirilib. Tədbirdə 100-ə yaxın akkreditə olunmuş diplomatik missiyanın nümayəndələri iştirak ediblər.
 
Tədbirin əsas məqsədi diplomatik korpus, Azərbaycan Hökuməti və BMT-nin Məskunlaşma Proqramı (UNHabitat) arasında əməkdaşlıq əlaqələrini gücləndirmək, həmçinin WUF13-ə və onun gözlənilən nəticələrinə beynəlxalq dəstəyi təşviq etmək olub.
 
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13-ün milli koordinatoru Anar Quliyev çıxışında Ümumdünya Şəhərsalma Forumunun tarixində ilk dəfə Liderlərin Zirvə Görüşünün keçiriləcəyini qeyd edib. Bildirib ki, bu təşəbbüs mənzil və şəhərsalma sahələrinin inkişafı məsələlərinin ən yüksək siyasi səviyyədə liderlik tələb etdiyinə dair mövqeyi əks etdirir.
 
Brifinqdə çıxış edən UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax WUF13-ün Yeni Şəhərsalma Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədlərinin (SDG-lərin), xüsusilə 11-ci Məqsədin (Dayanıqlı şəhərlər və icmalar) icrasını qiymətləndirmək baxımından mühüm qlobal platforma olduğunu və növbəti on il üçün qlobal şəhərsalma prioritetlərinin müəyyənləşdirilməsində strateji əhəmiyyət daşıdığını vurğulayıb.
 
Brifinqin yekununda WUF13-də geniş beynəlxalq iştirakın vacibliyi qeyd olunaraq, bütün ölkələr və beynəlxalq tərəfdaşlar tədbirdə fəal iştiraka çağırılıb.

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.