Sabunçu 3 saylı Şəhər Klinik Xəstəxanasında fəaliyyət göstərən doktor Azər Rəhimov Azərbaycan tibbinin ən peşəkar həkimlərindən biridir desək yanılmarıq.
Vətənini,xalqını,dövlətini sevən bir insan olan dəyərli həkim-cərrah Azər Rəhimov,Azərbaycan tibb universitetini bitirdikdən sonra öz peşəkar praktikalarını həm öz ölkəsində, həm də bir sıra xarici ölkələrdə davam etdirmişdir.
Azər həkimin hələ uşaqlıq illərindən başlayan insanlara kömək etməyə olan böyük marağı onu tibb sahəsinə yönəltmişdir. Onun hələ gənclik illərindən yığdığı təcrübə öz xəstələrinə yüksək qayğı ilə yanaşacaq bir həkim olmağına zəmin yaratmışdır.
Hazırda o, mürəkkəb cərrahiyyə əməliyyatlarını uğurla həyata keçirir və hər bir xəstəsinin sağlamlığına xüsusi diqqət yetirir.
Bugün Azər həkimin əllərindən şəfa tapanlar yüzlərlədir. Elə redaksiyamıza müraciət edərək Azər həkimə minnətdarlığını işıqlandırmağımızı xahiş edən Mustafa Muradov da Azər həkimin əllərindən şəfa tapan xəstələrdən biridir.
Bugün onun əməliyyatları yalnız texniki bacarıqla deyil, həm də insani yanaşma və diqqətlə seçilmiş qərarlarla xarakterizə olunur.
Azər həkim bugün həm həmkarları, həm də xəstələri tərəfindən böyük hörmət qazanıb.
Bəli, onun işində peşəkarlıq və mərhəmət bir arada görünür, elə buna görə də edəcəyi hər əməliyyat, hər müayinə, hər söhbət xəstənin rahatlığı və etimadı üçün diqqətlə planlaşdırılır.
Elə buna görə də bugün Azər Rəhimovun hekayəsi bir çox həkimlər üçün nümunə ola bilər desək yanılmarıq. Azər həkimin yüksək istedadı, əzmi və insanlara olan sonsuz sevgisi ona hər zaman böyük uğur qazandırır. O, bugün sözün əsl mənasında insanlığa xidmət edir.
Kainatpress.tv internet televiziyası olaraq biz də Azər həkimə gələcək fəaliyyətində uğurlar arzulayırıq.
Nigar Hacızadə - Kainatpress.tv internet televiziyasının direktoru



Rəy yazın