Bildiyiniz kimi Quba hər zaman öz gözəl təbiəti və əsrarəngiz gözəlliyinə görə Azərbaycanın ən dilbər guşələrindən biri sayılır.
Hələ keçmiş SSRİ dönəmindən indiyə qədər Qubaya zaman - zaman müxtəlif şəxslər rəhbər təyin olunublar.
Əlbəttə ki, Qubaya təyin olunan bu rəhbərlər içərisində Qubalıların sevgisini qazananlar da olub , bu sevgini qazana bilməyənlər də...
Bugün sizə haqqında danışacağımız İlqar Mahmudov da sözün həqiqi mənasında Qubalıların rəğbətini qazanmağı bacaran və sevilən bir başçıdır.
İlqar Akif oğlu Mahmudov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 Avqust 2023-cü il tarixli sərəncamı ilə Quba rayon icra hakimiyyətinin başçısı təyin edilib.
İlqar Mahmudov Qubaya rəhbərlik etməyə başladığı iki ildən artıq olan bu müddət ərzində demək olar ki, Quba həyatının ikinci baharını yaşayır.
Çünki, möhtərəm prezidentimiz cənab İlham Əliyevin hər bir tövsiyə və tapşırıqını yüksək səviyyədə yerinə yetirən İlqar Mahmudov həqiqətən də bugün hər bir Qubalının yanındadır.
Bəli, bugün bir başçı kimi İlqar Mahmudovun qapısı hər bir Qubalının üzünə açıqdır.
Bəli, bugün İlqar Mahmudov hər bir şəhid ailəsinin yanındadır.
Bugün hər bir şəhid övladı İlqar Mahmudovun qayğısı altındadır.
Bəli, bugün İlqar Mahmudovun Qubanı kənd-kənd gəzərək keçirdiyi səyyar qəbullar zamanı qaldırılan məsələlərin dərhal, yerindəcə həll olunması Qubalıların başçıya olan inamını daha da artırır.
Elə buna görə də bugün İlqar Mahmudovun sözün əsl mənasında vətəndaş məmnuniyyəti qazanmağı bacaran bir məmur olduğunu deyə bilərik.
Bəli, İlqar Mahmudov bugün Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq olan, Vətəninə, Dövlətinə və Xalqına sədaqətlə xidmət edən bir məmurdur.
Kainatpress.tv internet televiziyası olaraq bugün biz də Quba rayon icra hakimiyyətinin başçısı İlqar Mahmudova yorulmaz fəaliyyətində uğurlar arzulayırıq.
Nigar Hacızadə - Kainatpress.tv internet televiziyasının direktoru



Rəy yazın