Dünyanın nadir tarixi dahi şəxsiyyətlərindən biri olan Ümummilli Lider Heydər Əliyev Müstəqil Azərbaycanın banisi və Xalqının xilaskarı kimi hər zaman əbədi yaşayacaqdır.
Bəli, Əbülfəz Elçibəy hakimiyyətinin yarıtmaz və qeyri peşəkar idarəçiliyi nəticəsində Azərbaycan parçalanmaq və öz müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldığı zaman məhz Heydər Əliyevin Xalqın təkidli tələbi ilə hakimiyyətə tarixi qayıdışından sonra Azərbaycan Ulu Öndər Heydər Əliyevin sayəsində öz müstəqilliyini qoruyub saxlaya bildi və parçalanmaq təhlükəsindən xilas oldu.
Heç kimə sirr deyil ki, məhz Ümummilli Lider Heydər Əliyevin peşəkar idarəçiliyi və qətiyyətli mövqeyi sayəsində Ölkədə vətəndaş qarşıdurmasının qarşısı müvəffəqiyyətlə alındı, qardaş qırğınına yol verilmədi.
Bəli, məhz Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışından sonra çox qısa zamanda Ermənistanla atəşkəs əldə olundu və cəbhə bölgəsində vəziyyət hakimiyyətin nəzarətinə keçdi.
Məhz Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan "Əsrin Müqaviləsi" kimi mötəbər bir sazişə imza atmış oldu və bununla da ölkədə neft sektorunun inkişaf mərhələsi başlandı.
Bəli, məhz Ümummilli Lider Heydər Əliyevin sayəsində Azərbaycan qısa zaman ərzində hüquqi demokratik dünyəvi dövlətə çevrildi.
Məhz Ulu Öndər Heydər Əliyevin qətiyyətliliyi və uzaqgörənliyi sayəsində ölkədə Aqrar İslahatlar həyata keçirildi və torpaq kəndliyə qaytarıldı.
Bəli, məhz Ümummilli Lider Heydər Əliyevin sayəsində Azərbaycanda Regionların İnkişafı Proqramına start verildi və bu proqram uğurla icra olundu, qısa zaman ərzində ən ucqar dağ kəndləri belə təbii qazla təmin edildi, yeni yollar salındı.
Məhz Ulu Öndər Heydər Əliyevin sayəsində ölkədə özəl sektorun inkişafına xüsusi diqqət yetirildi və sahibkarlığın inkişafı üçün bütün zəruri şərait yaradıldı.
Bəli, məhz Ümummilli Lider Heydər Əliyevin sayəsində dünyanın aparıcı şirkətləri Azərbaycana maraq göstərdi və Azərbaycanda yeni iş yerlərinin açılması reallaşdı.
Məhz Ulu Öndər Heydər Əliyevin sayəsində ölkədə işsizlərin sayı azaldı və yoxsulluq minimum səviyyəyə endirilərək əhalinin sosial rifah halı nəzərəçarpacaq dərəcədə yaxşılaşdı.
Bəli, məhz Ümummilli Lider Heydər Əliyevin sayəsində Azərbaycanda elmi-mədəni, sosial-iqtisadi və hərbi sahələrdə sürətli-dinamik inkişafa nail olundu.
Məhz Ulu Öndər Heydər Əliyevin sayəsində Azərbaycan yüksələn xətt üzrə davam edən çoxsaylı uğurlara imza atdı.
Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə dərin ehtiramla Kainatpress.tv komandası



Rəy yazın