Reklam

Qorxaq, şərəfsiz və satqın Əli Kərimlinin ən yaxın keçmişinə səyahət

Gündəm

 

Dəyərli Kainatpress.tv izləyiciləri əlbəttə ki, bugün əsl üzü tam çılpaqlığı ilə ifşa olunan satqın Əli Kərimli haqqında zaman zaman dərc etdiyimiz "Əli Kərimlinin şərəfsizlik yolu", " Keçmişini unutdurmağa çalışan dil pəhləvanının utanmazlığı" və s. başlıqlı silsilə yazılarımızı oxumusunuz.
 
Bəli, Kainatpress.tv internet televiziyası olaraq bugün bir daha ən yaxın keçmişə nəzər salmaq və Əli Kərimlinin ən yaxın keçmişdə bir qorxaqdan, bir şərəfsizə, bir şərəfsiz olaraq da xain bir satqına necə çevrildiyini sizlərə xatırlatmaq istəyirəm.
 
Bəli, ən yaxın keçmiş heç kimə sirr deyil və hər kəs yaxşı bilir ki Əli Kərimli Əbülfəz Elçibəy hakimiyyətində dövlət katibi kimi çox mühüm bir post tutsa da Əbülfəz Elçibəy Surət Hüseynovun qorxusundan hakimiyyəti atıb Kələkiyə qaçdığı zaman Əli Kərimli də həmin vaxt Əbülfəz Elçibəyin çuxasına sığınaraq öz postunu buraxıb Kələkiyə qaçmışdı və bununla da özünün qorxaqlığını sübut etmiş olmuşdu.
 
Bəli, məhz həmin dövrdə Xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışından sonra ölkədə ictimai sabitlik bərqərar olduqdan və Azərbaycan demokratik hüquqi dünyəvi dövlətə çevrildikdən sonra isə həmin bu qorxaq Əli Kərimli şərəfsizlik yoluna qədəm qoyaraq Azərbaycanın sürətli dinamik inkişafını və çoxsaylı uğurlarını inkar etməyə başlamışdı və Azərbaycanı beynəlxalq aləmdə nüfuzdan salmağa çalışmışdı.
 
Əlbəttə ki, öz ölkəsinin uğurlarını gözü götürməyən və öz ölkəsini beynəlxalq aləmdə gözdən salmağa çalışan bir insan ancaq satqın ola bilərdi və Əli Kərimli də artıq xeyli zamandır ki, bu satqınlığı hər kəsin gözü qarşısında aşkaranə şəkildə nümayiş etdirirdi.
 
Əlbəttə ki, öz ölkəsinin uğurlarını gözü götürməyən və öz ölkəsini beynəlxalq aləmdə nüfuzdan salmağa çalışan bir satqın üçün dövlət və dövlətçilik əleyhinə cinayətlər törətmək adi bir haldır və Əli Kərimlinin də dövlətçilik əleyhinə cinayətləri və hazırlıq planı sübutlarla təsdiq olunur.
 
Əlbəttə ki, öz ölkəsinin uğurlarını gözü götürməyən və öz ölkəsini beynəlxalq aləmdə nüfuzdan salmağa çalışan bir satqının həbsi çox düzgün və yerində atılmış bir addımdır və ən yaxın keçmişdən bugünə kimi hər kəsin qarşısında qorxaq, şərəfsiz və satqın kimi tanınan Əli Kərimlinin həbsi tamamilə əsaslı bir addımdır və Əli Kərimli də öz çirkin əməllərinə görə qanun qarşısında cavab verməlidir.
 Hacağa Hacızadə - Kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri 

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.