Reklam

Tovuzda Yeni Azərbaycan Partiyasının yaranmasının 33 - cü il dönümü qeyd edilib

Siyasət

  “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 33-cü ildönümü münasibətilə “YAP-ın 33-cü İldönümü: Dövlətçilik, Birlik, Zəfər və İnkişaf” mövzusunda tədbir keçirilib.
    Tədbir iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət edərək dərin ehtiramlarını bildiriblər.  Tədbirdə dövlət himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin eləcədə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Tədbiri açan Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov YAP-ın 33 illik fəaliyyət yolundan danışaraq bildirib ki, partiyanın yarandığı müddət ərzində Azərbaycan möhkəmlənmə, qüdrətlənmə və inkişaf dövrünü yaşamışdır. O qeyd edib ki, Yeni Azərbaycan Partiyası siyasi mübarizə meydanında bu illər ərzində liderliyini qoruyub və dövlətçiliyimizin möhkəmlənməsinə əvəzsiz töhfələr verib.  Rayon rəhbəri Ulu Öndər Heydər Əliyevin çətin tarixi şəraitdə yaratdığı partiyanın qısa müddətdə xalqın böyük etimadını qazanaraq hakimiyyətə gəlməsinin dövlətçilik baxımından dönüş nöqtəsi olduğunu deyib. Bu siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
    Məmməd Məmmədov çıxışında həmçinin Vətən müharibəsində qazanılan Qələbənin xalq–dövlət birliyinin, inamın və siyasi iradənin nəticəsi olduğunu vurğulayaraq bildirib ki, qarşıda duran əsas hədəf azad edilmiş torpaqlarda quruculuq işlərinə dəstək vermək və Zəfəri daha da möhkəmləndirməkdir.
Sonda tədbir iştirakçılarını YAP-ın 33-cü ildönümü münasibətilə təbrik edərək ölkəyə sülh və firavanlıq arzulayıb.
   Tədbirdə çıxış edən YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov Yeni Azərbaycan Partiyasının yaranmasının növbəti ildönümü münasibətilə iştirakçıları səmimi-qəlbdən təbrik edib və partiyanın keçdiyi inkişaf yolunun Azərbaycan dövlətçiliyi üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
   O bildirib ki, YAP-ın təsis olunması Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi rəhbərliyə qayıdışının ən mühüm mərhələsi idi. Ulu Öndər Yeni Azərbaycan Partiyasına rəhbərliyi öz üzərinə götürərək milli həmrəyliyin, siyasi sabitliyin və müasir dövlət quruculuğunun ideoloji əsaslarını müəyyənləşdirdi. Bu sayədə YAP qısa müddətdə xalqın etimadını qazandı və ölkənin aparıcı siyasi qüvvəsinə çevrildi.
   Nihad Pənahov vurğulayıb ki, YAP-ın fəaliyyəti Azərbaycanın inkişaf salnaməsinin ayrılmaz hissəsi olaraq demokratik institutların formalaşmasına, iqtisadi islahatların həyata keçirilməsinə və siyasi sabitliyin təmin olunmasına xidmət edib. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyanın yenilənməsi, təşkilati güclənməsi və ümumxalq partiyası statusunun möhkəmləndirilməsi yeni inkişaf mərhələsini müəyyən edib.
   O, YAP-ın Vətən müharibəsindəki roluna da toxunaraq qeyd edib ki, 2020-ci ildə əldə olunan tarixi Zəfər partiyanın milli siyasi iradənin ifadəsi kimi möhkəm dayanışmasının və xalqla hakimiyyətin birliyinin bariz nümunəsi olub. Həmçinin, 2021-ci il VII qurultayında qəbul olunmuş qərarların partiyanın fəaliyyətində əhəmiyyətli dəyişikliklər yaratdığı və Mehriban xanım Əliyevanın birinci vitse-prezident vəzifəsinə təyinatının YAP-ın fəaliyyətinə güclü təsir etdiyi bildirilib.
Sonda Nihad Pənahov partiyanın Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, Qarabağın Böyük Qayıdış proqramının uğurla icrası və xalqın rifahının yüksəldilməsi istiqamətində fəaliyyətinin yüksək qiymətləndirildiyini qeyd edib.

  Taleh Kazımov - Kainatpress.tv internet televiziyasının bölgə müxbiri 

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.