Dəyərli Kainatpress.tv izləyiciləri bugün sizlərə xeyirxah bir insan və gözəl bağban olan Məmmədov Vəkil Qaraca oğlunun Abşeron rayonunun Məmmədli qəsəbəsində öz əlləri ilə saldığı bağdan, yetişdirdiyi müxtəlif meyvə ağaclarından bəhs edəcəyik.
Gördüyünüz bu mənzərə hansısa bir kənd rayonunda yox, Abşeron rayonunun Məmmədli qəsəbəsində göz oxşayır.
Gördüyünüz bu bağı Vəkil müəllim öz şəxsi vəsaiti hesabına salıb və bütün bu meyvə ağaclarının hamısını bir-bir öz əlləri ilə əkib.
Vəkil müəllim Vətənə, Xalqa, təbiətə qəlbən bağlı bir insandır.
Vəkil müəllimlə söhbətimiz zamanı o bu bağı bir neçə il əvvəl saldığını, bu meyvə ağaclarının hər birini öz vəsaiti hesabına alaraq öz əlləri ilə əkdiyini və tək məqsədinin hər kəsin bu mənzərədən zövq ala bilməsini təmin etmək olduğunu bildirdi.
Vəkil müəllim onu da bildirdi ki, yaxın zamanda öz şəxsi vəsaiti hesabına gördüyünüz bu bağın önündə Ümummilli Liderimiz Heydər Əliyevin və şəhidlərimizin xatirəsinə "ehsan bulağı" da inşa etdirmək niyyətindədir.
Kainatpress.tv internet televiziyası olaraq biz də Vəkil müəllimin bu xeyirxah əməllərini ürəkdən alqışlayır, ona uzun ömür möhkəm cansağlığı arzulayırıq.
Hacağa Hacızadə - Kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri



Rəy yazın