Reklam

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ rayon icra hakimiyyətində əməliyyat keçirdi Nadir Muradov həbs edildi...

Kriminal

Bildiyiniz kimi dünən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Qaradağ rayon icra hakimiyyətində əməliyyat keçirilib və həmin əməliyyat nəticəsində Qaradağ rayon icra hakimiyyəti başçısının müavini Nadir Muradov həbs edilib.


Kainatpress.tv əməkdaşlarının Qaradağ rayonunda mütəmadi olaraq aparmış olduqları jurnalist araşdırmasının nəticəsini nəzərə alaraq tam əminliklə deyə bilərik ki, ümumiyyətlə Qaradağ rayonunda həmin bu Nadir Muradovdan narazı olmayan adam çox az tapılar və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən bu addım Qaradağ sakinləri tərəfindən rəğbətlə qarşılanacağından sözsüz əminik və ittihamların sübuta yetiriləcəyinə də şübhəmiz yoxdur...

Kainatpress.tv internet televiziyası olaraq onu da qeyd edək ki, Nadir Muradov bir başçı müavini olaraq "Heydərçilərə" və möhtərəm prezidentimiz cənab İlham Əliyevi dəstəkləyən insanlara qarşı aşkar şəkildə ironik və aqressiv mövqe nümayiş etdirən bir məmur idi...

 Hacağa Hacızadə - Kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri 

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.