Reklam

Tovuzda "1 noyabr - Kənd təsərrüfatı işçiləri günü" təntənə ilə qeyd edilib

İqtisadiyyat

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci ildə imzaladığı Fərmana əsasən hər il noyabr ayının 1-i ölkəmizdə “Kənd təsərrüfatı işçiləri günü” kimi qeyd edilir.

     Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, rayonun kənd təsərrüfatı işçiləri Ulu Öndər Heydər Əliyevin Tovuz şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.  RİH başçısı Məmməd Məmmədov peşə bayramı münasibətilə rayonda fəaliyyət göstərən kənd təsərrüfatı işçilərini təbrik edərək, onlara işlərində uğurlar arzulamışdır. Qeyd etmişdir ki, ölkəmizin aqrar sektorunda islahatların, yeniliyin, müasir texnika və texnologiyaların tətbiqi, torpaqların münbitləşdirilməsi, yeni məhsuldar toxum  sortlarının əldə olunması proseslərinin  intensiv və dinamik tempdə davam etdirilməsi cənab Prezident İlham Əliyevin fəaliyyətinin başlıca prioritetinə çevrilib. Artıq müstəqil  republikamızın kənd təsərrüfatı sürətli və dinamik inkişaf yolundadır. Bu inkişaf Tovuz rayonunda məhsul istehsalında özünü göstərmişdir.Belə ki, payızlıq və yazlıq bitkilər üzrə 2024-cü ildə hər hektardan 3,32 ton məhsul götürülmüşdürsə, 2025-ci ildə bu rəqəm 4,09 ton yüksəlmişdir. Eyni zamanda kartof sahələri üzrə 2024-cü ildə hər hektardan 29,85 ton məhsul götürülmüşdürsə, 2025-ci ildə hər hektardan 30,45 ton məhsul götürülərək yüksək nəticə əldə olunmuşdur.Yuxarıda qeyd olan məhsullarla yanaşı bu artım digər kənd təsərrüfatı məhsullarında müşahidə edilmişdir.
    Kənd təsərrüfatı işçiləri onlara yüksək qiymət verdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildiriblər.  Tədbirdə fərqlənən  bir qrup əməkdaşlara Tovuz rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olunub.
  Taleh Kazımov - Kainatpress.tv internet televiziyasının bölgə müxbiri 
     

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.