Reklam

Bölgə Xəbərləri

İdman

 Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının sədri və üzvləri də “LevelUP” Karyera Forumunda iştirak ediblər. Onlar Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Regional Məşğulluq Filialının müdiri Elçin Nəsibov, filialın mütəxəssisi Bəkir Bəkirli, “Qazax Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Vüsal Hüseynov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa rayon komitəsinin sədri Elvira Əfəndiyeva və GİKM-in nümayəndəsi Abuhəyat Əfəndi tərəfindən təqdim olunan mövzuları dinləyiblər.  Şura gəncləri çıxışlarda səsləndirilən məqamları diqqətlə izləyərək, region gənclərinin inkişaf imkanları, məşğulluq perspektivləri və təhsil sisteminin əmək bazarına uyğunluğu kimi məsələlərin onların şəxsi və peşəkar gələcəyi üçün nə qədər önəmli olduğunu vurğulayıblar. Bu cür forumlarda iştirak Məşvərət Şurasının fəaliyyətinin gənclərin inkişafına yönəlik təşəbbüslərlə sıx əlaqədə həyata keçirildiyini göstərir.

  Taleh Kazımov - Kainatpress.tv internet televiziyasının bölgə müxbiri 

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.