Gündəm
Ə.M.Hüseynovun İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
27 oktyabr 2025Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Əliyənnağı Mehti oğlu Hüseynov İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 oktyabr 2025-ci il.



Rəy yazın