Bildiyiniz kimi son vaxtlar ölkəmizdə heyvanlar arasında dabaq xəstəliyinin geniş şəkildə yayılması ehtimalının böyük olması bizi ət və ət məhsullarına qarşı daha diqqətli olmağa və sağlamlığımızı qorumağa məcbur edir.
Lakin çox təəsüflər olsun ki, öz mənfəəti naminə başqalarının sağlamlığını risk altında qoyan məsuliyyətsiz insanlara da rast gəlinir.
Bəli, elə paytaxtın Nəsimi rayonunda ət və ət məhsulları adı altında fəaliyyət göstərən ət dükanında da antisanitariya şəraiti hökm sürür.
Şəkildən də göründüyü kimi ət kötüyünün böyründə yerdə pişik uzanıb, pişiyin də böyründə süpürgə və tozatan "göz oxşayır"...
Əlbəttə ki, belə bir şəraitdə gördüyünüz bu pişiyin böyründəki ət kötüyünün üstünə çıxması da mümkündür və hələ həmin pişiyin tüklərinin ətrafa yayılmasının mümkünlüyünü də nəzərə alsaq "ət və ət məhsulları" adlı bu ət dükanının alıcıların sağlamlığına ciddi şəkildə təhlükə yaratdığını düşünə bilərik.
Bəli, bir tərəfdə yerdə quruyub qalmış qan ləkələri, bir tərəfdə ət dükanında saxlanılan pişik, bir tərəfdə də süpürgə və tozatan alıcıların sağlamlığı üçün ciddi təhlükə mənbəyidir.
Bunlar azmış kimi hələ bu antisanitariya şəraitində içəridə qutab da bişirilir...
Kainatpress.tv internet televiziyası olaraq antisanitariya şəraitində fəaliyyət göstərən "ət və ət məhsulları" adlı bu ət dükanının və bu dükanın içindəki "Qutabxananın" fəaliyyəti haqqında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə də rəsmi müraciət edəcəyik.(Ardı var)
Hacağa Hacızadə - Kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri



Rəy yazın