Reklam

28 may - Müstəqillik günüdür

Gündəm

 

 28 may - Müstəqillik günüdür. Müstəqillik deyilən bu söz tələffüz zamanı çox asan səslənsə də lakin Azərbaycan üçün müstəqillik və onu qorumaq heç də asan olmayıb. Azərbaycanın müstəqillik əldə etdiyi ilk illərdə o vaxtkı yarıtmaz və dağıdıcı AXC-MÜSAVAT hakimiyyətinin rüsvayçı və səriştəsiz idarəçiliyi nəticəsində Azərbaycan parçalanmaq və müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Bir tərəfdən Ermənistanın Azərbaycanla elan etmədən müharibəyə başlaması, digər tərəfdən isə Gəncədə Surət Hüseynovun silahlı dəstələri, hansı ki həmin o dəstələr Nəvaiyə qədər gəlib çatmışdılar, cənubda Əlikram Hümbətovun qiyam qaldırması, Bakıda Rövşən və Mahir Cavadovun OMON dəstələrinin özbaşınalıqları ölkəni anarxiya burulğanına çevirmişdi. Xalq, ölkə və hakimiyyət demək olar ki, başsız qalmışdı. Həmin o çətin dövrdə Xalqın yeganə ümidi yalnız Azərbaycan Xalqının böyük oğlu, Ulu Öndər Heydər Əliyev idi. Bəli, məhz həmin o acınacaqlı dövrdə Xalqın təkidili tələbi ilə Ulu Öndər Heydər Əliyev Naxçıvandan Bakıya dəvət olundu və əlbəttə ki, Xalqını, Dövlətini və ən əsası da vətənini canından çox sevən Ulu Öndər Heydər Əliyev öz həyatını riskə atmaqdan belə çəkinməyərək Xalqın təkidi ilə Bakıya gəlməyə razılıq verdi. Bəli, Xalqın təkidili tələbi ilə məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışından sonra yalnız Heydər Əliyevin sayəsində Azərbaycanda ictimai asayiş bərqərar oldu, Azərbaycan parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas ola bildi. Məhz Heydər Əliyevin uzaqgörən siyasəti, və qətiyyətli mövqeyi sayəsində Ermənistanla Azərbaycan arasında atəşkəs razılaşması əldə edildi. Məhz həmin dövrdə ölkədə mövcud olan çoxsaylı problemləri qətiyyəti və uzaqgörənliyi ilə həll etməyi bacaran Ulu Öndər Heydər Əliyev ölkənin iqtisadi inkişafına da xüsusi önəm verir, xarici sərmayədarların Azərbaycana cəlb edilməsi üçün böyük səy göstərir, özəl sektorun inkişafına zəruri şərait yaradırdı. Bəli Ulu Öndər Heydər Əliyevin uğurla həyata keçirdiyi bütün bu səylər öz bəhrəsini verdi və Azərbaycan tez bir zamanda "Əsrin Müqaviləsi" kimi böyük bir tarixi layihəyə imza atmaqla bu möhtəşəm layihənin reallaşmasına müvəffəq ola bildi. Əlbəttə ki, bütün bunlar Ulu Öndər Heydər Əliyevin şəxsi nüfuzu və qətiyyətli uzaqgörənliyi sayəsində baş verirdi ki, eyni zamanda da Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə xidmət edirdi. Bəli, Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin qorunması və daha da möhkəmlənməsi üçün var gücü ilə çalışırdı. Bəli, məhz Ulu Öndər Heydər Əliyevin sayəsində Azərbaycanda Aqrar islahat uğurla həyata keçirildi, əhalinin sosial rifahının yaxşılaşdırılması üçün əməli addımlar atıldı, özəl sektorun və sahibkarlığın inkişafına dövlət dəstəyi həyata keçirildi. Azərbaycanda Yerli özünü idarəetmə sistemində bələdiyyələrin əsası qoyuldu. Məhkəmə hakimiyyətinin müstəqil fəaliyyəti təmin edildi. Ölkədə  azad mətbuatın fəaliyyətinə zəruri şərait yaradıldı. Azərbaycan müasir hüquqi demokratik bir dövlətə çevrildi. Bəli, daha sonra onu da fəxrlə qeyd etməliyik ki, məhz möhtərəm prezidentimiz cənab İlham Əliyevin sayəsində Azərbaycan son iki əsrdə ilk dəfə olaraq tarixi qələbəyə imza ataraq öz ərazi bütövlüyünü təmin edə bildi. Bəli bugün müstəqil Azərbaycanın Müstəqillik günü bütün ölkə ərazisində - işğaldan azad olunmuş ərazilərimizdə də qeyd olunması və bugün bütün ölkə ərazisində üçrəngli Azərbaycan bayrağının dalğalanması hər bir Azərbaycan vətəndaşı üçün böyük qürur mənbəyidir. Bugün mən də başda müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Azərbaycan Respublikasının birinci vitse prezidenti Mehriban xanım Əliyeva olmaqla bütün Xalqımızı 28 may - Respublika günü münasibətilə ürəkdən təbrik edirəm.

 Mirzə Gözəlov.  Kainatpress.tv 

Naxçıvan bürosu.

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.