Reklam

ƏLİ KƏRİMLİNİN ŞƏRƏFSİZLİK YOLU

Gündəm

Dəyərli Kainatpress.tv izləyiciləri əlbəttə ki, hər birimiz xain və satqın Əli Kərimlinin necə bir şərəfsiz olduğunu çox yaxşı bilirik.

İstəyirəm bugün bir daha Sizə Əli Kərimlinin şərəfsizlik yolundan danışım və onun xain xislətini tam çılpaqlığı ilə sizlərə biraz da geniş şəkildə açıqlayım.

Hər birimiz çox yaxşı xatırlayırıq ki, əlindən təlxəklik və satqınlıqdan başqa bir iş gəlməyən xain Əli Kərimli AXC-MÜSAVAT cütlüyünün cəmi bir illik yarıtmaz hakimiyyəti dövründə AXC-MÜSAVAT hakimiyyətinin yarıtmaz dövlət katibi olmuşdu və dövlət katibi olduğu bir il ərzində xalq üçün heç bir iş görməmişdi.

Əlbəttə ki, hər birimiz onu da çox yaxşı xatırlayırıq ki, bu şərəfsiz Əli Kərimli yarıtmaz AXC-MÜSAVAT hakimiyyətinin yarıtmaz dövlət katibi olduğu dövrdə Xalqın rifahı üçün heç bir iş görməsə də özünün və öz ailəsinin rifahını düşünməyə vaxt tapmışdı və AXC-MÜSAVAT hakimiyyətinin səriştəsizliyindən və yarıtmaz kadr siyasətindən hiyləgərcəsinə bəhrələnərək öz həyat yoldaşını Prezident Aparatının hüquq şöbəsinin müdiri təyin etdirməyə nail ola bilmişdi.

Heç kimə sirr deyil ki, o dövrdə bu xain və satqın Əli Kərimli üçün onun öz şəxsi maraqları Xalqın maraqlarından daha üstün idi və elə bu səbəbdən də Əbülfəz Elçibəy hakimiyyəti buraxıb Kələkiyə qaçdığı zaman həmin bu şərəfsiz Əli Kərimli də öz şəxsi maraqları naminə Əbülfəz Elçibəyin çuxasına sığınaraq öz postunu buraxıb qaçan bir qorxaq idi.

Bəli, hər birimizin yaxşı yadımızdadır ki, məhz Ümummilli Liderimiz Heydər Əliyevin Xalqın təkidli tələbi ilə hakimiyyətə tarixi qayıdışından sonra məhz Ümummilli Liderimiz Heydər Əliyevin sayəsində ölkəmizdə sabitlik və əmin-amanlıq bərqərar olduqdan sonra bu şərəfsiz Əli Kərimli də yağışdan sonra çıxan göbələk kimi yenidən ortaya çıxdı və Xalqa öz qaranlıq keçmişini unutdurmağa çalışmağa cəhd etdi.

Hansı ki, bugün də öz iyrənc əməllərindən əl çəkməyən bu şərəfsiz Əli Kərimlinin necə bir xain və satqın, necə bir hiyləgər və kloun olduğunu hər kəs yaxşı bilir və daha heç kim bu satqın Əli Kərimlinin saxta səmimiyyətinə aldanmır.

Bugün Azərbaycan Xalqının yeganə rəqibsiz lideri məhz möhtərəm prezidentimiz cənab İlham Əliyevdir və bugün ölkəmizdə mövcud olan Hakimiyyət-Xalq birliyi sarsılmazdır.

 Hacağa Hacızadə - Kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri 

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.